From Wikipedia, the free encyclopedia
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı.[1] 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir.[1]
Adam Laksman | |
---|---|
Doğum tarixi | 1766 |
Vəfat tarixi | 1806 |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi.[1] Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.[1]
Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər.[2] Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür.[1] Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər.[1]
Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar.[1] Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.[1] Yaponlar ona bildirmişdilər ki, bu cür məsələlər xaricilər üçün açıq olan yeganə liman Naqasakidə müzakirə oluna bilər və Laksmana Rusiya gəmisinin Naqasakiyə daxil olmasına icazə verən sənəd vermişdirlər.[1] Laksman bu icazə sənədindən istifadə etməsə də, Rusiyaya aparmışdır.[1]
Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır.[1] Şelixovun kürəkəni olan Nikolay Rezanovun Naqasakiyə daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa heç bir rus Yaponiyaya səyahət etməmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.