From Wikipedia, the free encyclopedia
Ada Lavleys (ing. Augusta Ada King Byron, Countess of Lovelace, (10 dekabr 1815[2][3][…], London[4] – 27 noyabr 1852[5][3][…], Marlibon[d], Birləşmiş Krallıq) — Çarlz Bebbic tərəfindən təklif olunan mexaniki ümumi təyinatlı kompüter olan Analitik Mühərrik üzərindəki işi ilə tanınan ingilis riyaziyyatçısı və yazıçısıdır. Maşının sırf hesablamadan kənar tətbiqlərə malik olduğunu ilk anlayan o oldu.Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. Bu xanım həmçinin "sikl" və "işçi xana" terminlərini də ilk dəfə tətbiq etmişdir. 1979–1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə Ada proqramlaşdırma dili yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. 17 fevral 1983-cü ildə ADA obyektyönümlü proqramlaşdırma dili ANSI tərəfindən rəsmən standartlaşdırılmışdır. Bu dil ABŞ Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş layihə çərçivəsində hərbi təyinatlı sistemlər və böyük hərbi kompüterlər üçün vahid proqramlaşdırma dilinin yaradılması məqsədilə işlənib hazırlanmışdır. Bundan başqa ilk proqramçı olan bu xanımın adının əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir.[9]
Ada Lavleys | |
---|---|
ing. Augusta Ada King, Countess of Lovelace | |
Doğum adı | Augusta Ada Byron[1] |
Doğum tarixi | 10 dekabr 1815[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 1852[5][3][…] (37 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | uşaqlıq xərçəngi[d][6] |
Dəfn yeri |
|
Uşaqları | |
Atası | Corc Bayron[7] |
Anası | Leydi Bayron[7] |
Elm sahələri | riyaziyyat[8], informatika[d] |
İş yeri | |
Vikianbarda Ada Lavleys ilə əlaqəli mediafayllar var. |
Ada Lavleys anadan olandan bir ay sonra onun atası, məşhur ingilis şairi olan Corc Qordon Bayron ailəsi ilə boşanaraq İngiltərəni tərk edir. Bundan sonra Ada, anası Anna İzabel və onun valideynlərinin himayəsində böyüməyə başlayır.[9]
Adanın ailə həyatı uğurlu olmuşdur. O, 1835-ci ilin iyul ayında 18-ci Kinq Lordu birinci qraf Lavleys olan Uilyama ərə getmişdir. 29 yaşlı Ser Uilyam sakit, təmkinli və mehriban insan idi. O, həyat yoldaşının elmi işlərinə anlayışla yanaşırdı və bacardığı qədər ona kömək edirdi.
50-ci illərin əvvəllərində Ada ağır xəstələndi. 1852-ci ilin yayında o, artıq yorğan-döşəkdən qalxa bilmirdi, 1852-ci il 27 noyabrda isə Avqusta Ada Lavleys atası ilə eyni yaşda dünyasını dəyişdi.[9] Vəsiyyətinə əsasən, o, Bayronlar ailəsinin Nottinqemşirdəki ailə qəbiristanlığında dəfn edildi.
Adanın anası riyaziyyatı çox yaxşı bilirdi və o da qızının riyaziyyatçı olmasını çox istəyirdi. Bu məqsədlə Anna İzabel qızının riyaziyyat dərsləri üçün bir vaxtlar özünün müəllimi olmuş şotland riyaziyyatçısı Oqastes de Morqanı dəvət edir. Riyaziyyat müəlliminin xanımı məşhur Meri Somervill də Adanın tərbiyəsində və yetişməsində xüsusi rol oynamışdır. Merini məşhur edən məqam isə onun fransız dilindən ingilis dilinə tərcümə etdiyi "Səmavi mexanika haqqında traktat" əsəri olmuşdur. Qeyd edək ki, bu əsərin müəllifi məşhur fransız riyaziyyatçısı və astronomu Pyer Simon Laplasdır.
Anabella Milbankın dostları sırasına görkəmli ingilis alimi və ixtiraçısı Çarlz Bebbic də daxil idi. Gənc Ada onun emalatxanasına gedir və onun hesablama maşınları üzərindəki işləri ilə tanış olurdu. Çarlz Bebbic bu qızı səmimi qəlbdən sevdi, onda insanlarda qiymətləndirdiyi ən əsas cəhəti — ağlın itiliyini tapmışdı. Bebbic Adanın elmi işlərinə nəzarət edir, ona kitab və məqalələr göndərir və onu öz elmi işləri ilə tanış edirdi.
Ada Bebbicə olan məktublardan birində tam aydınlıqla xarakterizə etmişdir:
"Mənim beynim sadə ölümcül substansiyadan artıqdır; mən əminəm ki, zaman bunu göstərəcəkdir (əgər nəfəsim və digərləri ölümə doğru çox sürətli irəliləməsə). Şeytana and içirəm ki, heç 10 il keçməyəcək ki, mən dünya müəmmalarının həyat qanından müəyyən qədər dadacam, hansı ki bunu sadə ölümcül dodaq və ağıl edə bilməzdi. Heç kəs mənim kiçik varlığımın necə dəhşətli dərəcədə güclü olduğunu və nəyə qadir olduğunu bilmir. Mən "dəhşətli" dedim, siz bunun bəzi vəziyyətlərdə nə demək olduğunu təsvvür edə bilərsiniz. Qraf L. bəzən deyir: "Siz necə də yaxşı general ola bilərdiniz". Zamanla məni ictimai və qayğılarda təsvvür edin (mən həmişə dünya hakimiyyətinə, gücə və şöhrətə malik olmağı arzu edirdim — bu arzu heç vaxt həyata keçməyəcəkdir …). Kainat üçün yaxşıdır ki, mənim məqsəd və şöhrətpərəstliyim həmişəlik daxili dünya ilə bağlıdır və mən qılınc, zəhər və intriqalarla iş görməyə hazırlaşmıram".
Hərbi mühəndis L. F. Menabreanın "Çarlz Bebbic tərəfindən ixtira edilən analitik maşın oçerki" məqaləsi Adanı çox maraqlandırdı və o, həmin məqaləni ingilis dilinə tərcümə etdi. Belə olan halda Bebbic ona tərcüməyə bəzi qeydlər əlavə etməyi təklif etdi. Bu ideya dərhal qəbul edildi. Menebreanın məqaləsinin tərcüməsi 20 səhifə tutur, Ada Lavleysin qeydləri isə 2 yarım dəfə artıq, 50 səhifə. Təkcə bu müqayisə onu göstərir ki, A. A. Lavleys heç də sadə şərhçi rolu ilə kifayətlənməmişdi. Bununla belə, Menebreanın məqaləsi daha çox işin texniki hissəsinə aid olduğu halda, Ada Lavleysin qeydləri isə riyazi idi.
İlk düzəlişlər olduqdan sonra o, Bebbicə yazır:
"Mən qeydlərimdən birinə Bernulli rəqəmləri haqqında nümunə olaraq əlavə etmək istəyirəm ki, hansı ki necə qeyri-müəyyən funksiya insan müdaxiləsindən əvvəl maşın tərəfindən hesablanır. Mənə lazımi məlumat və düsturları göndərin".
Bebbic onun xahişi üzrə bütün lazımi məlumatları göndərdi və Adanı çətinliklərdən azad etmək üçün özü bu rəqəmlərin tapılması üçün alqoritmi tərtib etdi. Lakin alqoritmin tərtibində çox kobud səhv etmişdi və Ada dərhal onu aşkar etdi. O, Bernulli rəqəmlərinin hesablanması üçün proqramı müstəqil olaraq yazdı.
Bu proqram ölçüsünə, mürəkkəbliyinə və məsələlərin riyazi tərtibinə görə heç bir elementar nümunə ilə müqayisə oluna bilməyəcək dərəcədə xüsusi maraq kəsb edir. Bu nümunə Ada Lavleysə analitik maşında proqramlaşdırmanın metodikasını tam olaraq göstərməyə imkan verdi və uyğun metodla hesablamada olan üstünlüyü təyin etdi.
Ada Lavleys kompüter proqramlaşdırmasını ilk əvvəl məsələnin qoyulmasından başlayır, sonra proqramlaşdırma üçün əlverişli hesablama metodu seçir və yalnız bundan sonra proqramın tərtibinə başlayır.
Bu proqram Bebbicdə heyrət doğurdu və o, onun müəllifi üçün tərifləyici sözləri əsirgəmirdi və onlar tamamilə layiq idilər. Dəstək və xoş sözlər Adanın özünə inamını artırdı və ona iş üçün güc verdi. Uğurlar ona böyük gərginlik və sağlamlığı bahasına gəlirdi, hansı ki bu barədə o, Bebbicə olan məktublarında dəfələrlə şikayətlənirdi. Ada Lavleys istəyirdi ki, arzu etdiyi bu və ya sonrakı işlər necəsə onun adı ilə bağlı olsun. Buna görə də Ada hər qeydin altında öz inisiallarını qoymağa qərar verir.
Ada Lavleysin qeydləri onun ideya və prinsiplərinə əsaslanan müasir proqramlaşdırmanın əsasını qoydu. Ada dövrün mənasını tamamilə dərk etmişdi — dövrü hesablama metodlarından istifadə hesablayıcı maşınlardan istifadəni yüngülləşdirən ən sadə və ən effektiv metodlardan biridir. Buna görə də o, öz işində dövrlərə çox diqqət ayırırdı. Dövr anlayışını belə vermişdi: "Dövr əməliyyatı 1 dəfədən artıq təkrarlanan istənilən əməliyyatlar qrupuna deyilir".
Hər şeydən əvvəl, artıq o zaman Ada Lavleys özünə universal hesablayıcı maşının imkanlarının nəhəng "spektr genişliyi" haqqında tam hesabat verirdi. Bununla belə, o, bu imkanların sərhədlərini çox aydın təsəvvür edirdi:
"Analitik maşın imkanlarının şişirdilməsinin qarşısını almaq arzu olunandır. Analitik maşın, həqiqətən yeni nə isə yaratmağa iddia etmir. Maşın bizim ona verdiyimiz əmrləri yerinə yetirir. O, analizi izləyə bilər, lakin o, hər hansı analitik münasibətləri və ya həqiqətləri əvvəlcədən tapa bilməz. Maşının funksiyası bizə artıq tanış olduğumuzu əldə etməkdən ibarətdir".
1843-cü ildə bu fikirləri bildirən zaman Ada, əlbəttə ki, 120 ildən sonra proqramlaşdırmanın necə inkişaf edəcəyini və hansı forma alacağını görə bilməzdi.
İlk və yeganə çalışmasında Ada Lavleys müasir proqramlaşdırma üçün belə, aktual olan çoxlu sayda sualları nəzərdən keçirmişdir.
Bir az sonra Bebbic Lavleyslər ilə birlikdə at yarışlarında uduşlu pul sisteminn hazırlanması və praktiki yoxlanmasına başladılar. Bu yolla hesablama maşını üzərindəki işin davam etdirilməsi üçün vəsait qazanmaq istəyirdi. "Sistem" ümidləri doğrultmadı, kifayət qədər böyük məbləğ uduzduqdan sonra Bebbic və qraf Lavleys "sistemin" təkmilləşdirilməsindəki işdən imtina etdilər. Lakin coşğun və inadkar ledi Ada oyuna davam edirdi. O, bu riskli oyuna çox cəlb olunaraq, bütün öz şəxsi vəsaitini ona xərcləmişdi, özü də onun həyat yoldaşı bundan xəbərsiz idi. Bundan başqa, ledi Ada dələduz bir qrup tərəfindən şantaj edilirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.