Ad günü (film, 1977)
From Wikipedia, the free encyclopedia
Ad günü — rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılmış Azərbaycan filmi. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Filmə 1978-ci ildə Azərbaycan dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verilmişdir. Filmdə əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova, E.Qasımov, Sədayə Mustafayeva, Hüseynağa Sadıqov, Fuad Poladov, Ağahüseyn Kərimov və Rafiq Əzimov ifa edirlər.
Ad günü | |
---|---|
Fayl:Ad günü (film, 1977).jpg | |
Janr | dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Hacı İsmayılov Şəfiqə Məmmədova David Uplisaşvili Şükufə Yusupova E.Qasımov Sədayə Mustafayeva Hüseynağa Sadıqov Fuad Poladov Ağahüseyn Kərimov Rafiq Əzimov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi |
11 fevral 1977 26 yanvar 1978 (Moskva, Ümumittifaq televiziyası)[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71 dəq. |
Ölkələr |
![]() |
Dil | azərbaycanca |
İl | 1977 |
Sonrakı film | Həm ziyarət, həm ticarət... |
Texniki məlumatlar |
8 hissə 2200 metr |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0173764 |