Abruka adası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Аbruka adası (est. Abruka, alm. Abro) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.[1][2].
Abruka adası | |
---|---|
est. Abruka | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 8,78 km² |
Əhalisi | 34 nəfər (2012-ci il) |
Yerləşməsi | |
58°09′50″ şm. e. 22°30′14″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.[1][2].
Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir. Abruka Evinin bağçası hal-hazırda muzey kimi fəaliyyət göstərir.[2].
Abruka adası ilə əlaqədar Orta əsrlərdə Ösel-Vikskokonun adada bir atçılıq malikanəsi qurduğu zamanlardan qalma ilk əhali qeydləri vardır. Oturaq əhali 18-ci əsrdən bu adada yerləşməyə başlamışdır. 1881–1972-ci illər arasında bir ibtidai təhsil məktəbi Abrukada fəaliyyət göstərmişdir.[1][2].
Adanın əhalisi XX-ci əsrdən başlayaraq kəskin surətdə azalmışdır. 1922-ci ildə adada 150 nəfər yaşayırdı sa, bu göstərici 1959-cu ildə 111-ə, 1967-ci ildə 93-ə, 1974-cü ildə 65-ə, 1984-cü ildə 36-ya və nəhayət 2000-ci ildə 25 nəfərə enmişdir.[1].
Lakin son illərdə adanın əhalisi yenidən artmışdır.[3] Belə ki 2 noyabr 2004-cü ildə adanın əhalisi 34 nəfər idisə, bu göstərici 1 yanvar 2010-cu ildə 31-ə, 1 yanvar 2011-ci ildə 33-ə, 1 yanvar 2012-ci ildə isə 34 nəfərə bərabər olmuşdur.[4].
Adada gəmilərə yol göstərən bir neçə mayak yerləşmişdir.[5]
Abruka adasına Kuressaare şəhərində yerləşən Roomassaare limanından və Heilidən bərə vasitasilə gəlmək mümkündür.[6].
Məşhur əkiz yazıçılar Jüri Tuulik və Ülo Tuulik 1940-cı ildə Abruka adasında anadan olmuşdur.[1][2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.