Şəkidə hamam From Wikipedia, the free encyclopedia
Abdulxalıq hamamı – Hamamın tikilməsi 1890-cı illərə düşür. El arasında Abdixaha hamamı kimi tanınan bu hamamı dəllək Abdulxalıq tikdirmişdi.
Abdulxalıq hamamı | |
---|---|
Abdulxalıq hamamı | |
41°12′32″ şm. e. 47°10′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Rayon | Şəki rayonu |
Yerləşir | M.Ə.Rəsulzadə prospekti 274 |
Memar | Usta Abbasqulu |
Sifarişçi | Abdulxalıq |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | yararlıdır |
İstinad nöm. | 4974[1] |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Abdulxalıq hamamı Hazıllar soyundan olan və Şəki şəhərində o dövrün çox imkanlı və geniş dünyagörüşlü şəxslərindən biri olan Abdulxalıq tərəfindən tikdirilmişdi. Əsl Şərq hamamı olan bu tikili, Şəkinin Gəncəli məhəlləsindən olan və Şərq hamamlarının tikintisi üzrə məşhur mütəxəssis kimi tanınan Usta Abbasqulu tərəfindən inşa edilmişdir. XIX əsrə aid olan Abdulxalıq hamamı, Şəki şəhərində yerləşən və yerli əhəmiyyətli memarlıq abidələrindən biri kimi tanınan bir tarixi irs nümunəsidir. Bu hamam, şəhərin mədəni və tarixi mənzərəsinin vacib elementlərindən biri olaraq, dövrün memarlıq xüsusiyyətlərini özündə əks etdirir.
Abdulxalıq hamamında işləyənlərin arasında dəqiq iş bölgüsü var idi. Onlardan biri hamama gələn müştərilərə çay paylayır, digəri kisə çəkir, üçüncüsü oğurluq olmasın deyə qadınların boxçalarını güdür, dördüncüsü isə təmizlik, səliqəsəhman yaradırdı. Hamam həftə ərzində dörd gün qadınlar üçün, üç gün isə kişilər üçün işləyirdi.
Abdulxalıqın qohumu, hamama bitişik evdə yaşayan, 1927-ci ildə anadan olmuş Qurbanəli Camal oğlu Salamovun dediklərindən. Anam söyləyərdi ki, mən bura gəlin gələndə hamam təzəcə istifadəyə verilmişdi. Bütün qonşulara hamamın işə düşəcəyi barədə xəbər verildi. Eyni zamanda hamı ora pulsuz çimməyə dəvət edildi, Hamamın qonşuluğunda yaşayan qadınlar, qızlar həmin gün yaxşıca yuyundular. Ancaq el arasında deyildiyi kimi, bəzi qadınlara hamam "dəydi" (isti hamamda ürək döyüntüsünün artması, ürəyin narahat olmasına bu cür, yaxud "ürəyi tasalandı" deyilir).
Hamamın tarixi və mədəni dəyərini göstərən xüsusiyyətlərdən biri isə giriş qapısında köhnə əlifba ilə həkk olunmuş kitabələrin olmasıdır. hamamda ailəsi ilə gələnlər üçün nəzərdə tutulmuş yeganə təkadamlıq nömrə mövcuddur. Hamam hal hazırda fəaliyyət göstərir, qadın və kişi günləri olaraq qrafik ayrılır.
Tikili yerli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi 4974 saylı inventar nömrəsi ilə Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır.
Şəki memarlıq üslubunun bariz elementləri, fasad və dam örtüyündə görünməkdədir. Tikilidə bölgə memarlığına aid materiallar istifadə olunub.
Hamamı isitmək üçün döşəmənin altında iki xəzinə tikilmişdi. Hər xəzinənin altında bir mis tiyan qoyulmuşdu. Həmin mis tiyanların altı ocaqlıqdı, bu ocaqlara odun, kötük atıb yandırardılar. İsinən tiyanlar həm xəzinədəki suyu isidirdi, həm də hamamın özünü. Qışda hamamın yeri elə isti olurdu ki, ayağını basanda yandırırdı. Bu hamamın tüstü ötürən bacaları var idi. Yanan ocağın tüstüsü ilanvari qıvrılan həmin bacalarla çıxırdı. Kərpicdən tikilən bu tüstü ötürücülərin üzərini iri lay daşlarla örtmüşdülər.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.