From Wikipedia, the free encyclopedia
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد; 1846[1][2][…], Darfur – 24 noyabr 1899[2], Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898).
Abdullah ibn əl-Səid Məhəmməd | |
---|---|
ərəb. عبد الله التعايشي | |
1895 – 25 noyabr 1899 | |
Əvvəlki | Məhəmməd Əhməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1846[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1899[2] |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur.[3]
Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.