Abbas ibn Əbdülmüttəlib
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə[1] – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb.[4]
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Abbas ibn Əbdülmüttəlib | |
---|---|
ərəb. العباس بن عبد المطلب | |
Doğum tarixi | təq. 568 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 653 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | 11 (Abdullah ibn Abbas, Fəzl ibn Abbas, Qusam ibn Abbas daxil olmaqla) |
Atası | Əbdülmüttəlib ibn Haşim[2][3] |
Fəaliyyəti | tacir, dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib.[5]
Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür.
Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir.
Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır. O, hətta bəzi hallarda peyğəmbərə kömək belə etmişdir. Onun həyat yoldaşı Ümmül-Fəzl isə ilk müsəlman qadınlarından biri olmuşdur.
Bütün bunlara baxmayaraq, Bədr döyüşünə bütpərəstlərin tərəfində olmağa məcbur edilən Abbas ibn Əbdülmüttəlib müsəlmanlar tərəfindən əsir götürülmüşdür. Əsirlikdən azad olunduqdan sonra İslamı qəbul edərək, Məkkəyə qayıtmış, ancaq bir müddət müsəlman olduğunu gizlətmiş, təqiyyədə olmuşdur. O, oradakı müsəlmanlara köməklik göstərmiş, Mədinədə hicrətdə olan peyğəmbərə Məkkədəki vəziyyət haqqında xəbərlər göndərmişdir. Daha sonra, müsəlmanların Məkkəni fəth etməsinə az qalmış o da, Mədinəyə hicrət etmişdir. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərin tərəfində olmuş, Hüneyn döyüşündə bütpərəstlərə qarşı vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün böyük işlər görmüş və ilk üç Raşidi xəlifələrə yaxından köməklik göstərmişdir. O, İslam ordusu üçün böyük məbləğdə vəsait xərcləmiş, xüsusən də, Bizansa qarşı yürüşlərin bütün xərcini öz öhdəsinə götürmüşdür. Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın xəlifəliyi zamanı dünyasını dəyişmişdir.
Yüz ilə yaxın bir müddət keçdikdən sonra, onun soyundan olan varisləri Xilafətə başçılıq etmişdirlər. Məhz, Abbasilər sülaləsi onun soyundan gəlməkdədirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.