ATM
From Wikipedia, the free encyclopedia
ATM (ing. asynchronous transfer mode — verilənlərin ötürülməsinin asinxron vasitəsi)
Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu uyğunlaşmanı müəyyən dərəcədə yerinə yetirən ATM texnologiyası aşağıdakı şərtləri yerinə yetirir:
- lokal şəbəkə və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu;
- hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək;
- tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün giqabit/san sürətə malik iyerarxik sistemin olması.