ABŞ tarixi (1776–1789)
From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatlarının 1776–1789-cu illər tarixi — xalqın ABŞ İstiqlal müharibəsindən yeni konstitusiya quruluşunun qurulmasına keçidi ilə yadda qalmışdır.
Amerika Birləşmiş Ştatları | |||
---|---|---|---|
1776–1789 | |||
Məkan | ABŞ Britaniya Şimali Amerikası | ||
Əhatə edir | Amerika inqilabı İkinci böyük oyanış | ||
Rəhbər(lər) | ABŞ-nin qurucu ataları, xüsusilə Böyük yeddilər:[1] | ||
Əsas hadisələr | ABŞ İstiqlal müharibəsi ABŞ istiqlal bəyannaməsi Paris müqaviləsi Konfederasiya məqalələrinin hazırlanması və həyata keçirilməsi Filadelfiya üsyanı Şeys üsyanı Şimal-Qərb sərəncamı Konstitusiyanın ratifikasiyası | ||
Xronologiya
|
Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları kimi meydana çıxdı. ABŞ İstiqlal müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya məqalələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental Ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya məqalələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi.
1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu. İnqilab və Konfederasiya dövrü Maarifçilik dövrü fikirlərinin populyarlaşdığı və elmi tərəqqini təşviq edən dövr – Amerika maarifçiliyi dövründə yer alır.