42-ci Şahmat Olimpiadası
From Wikipedia, the free encyclopedia
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir.[1] Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.[2][3][4][5]
42-ci Şahmat Olimpiyası | |
---|---|
![]() 42-ci Şahmat Olimpiadasının loqosu | |
Yarışma günləri | 1–14 Sentyabr 2016 |
Yarışçılar | 1,587 (894 rəqib açıqda və 693 rəqib də qadınlar bölümündə) |
Komandalar | 180 (Açıq) 142 (Qadınlar) |
Millətlər | 175 (Açıq) 138 (Qadınlar) |
Məkan | Bakı Kristal Zalı |
Yer | Bakı, Azərbaycan |
Açıq | ![]() ![]() |
Qadınlar | ![]() ![]() |
Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir.[6] Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir.[7] Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.[8]
ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır. Qadınlar üçün keçirilən tədbirdə Çin, son üç Olimpiadada gümüş medal qazanandan sonra ilk dəfə 1994-cü ildən bəri beşinci qızıl medalını qazanmışdır. Ukraynalı oyunçu Andrey Volokitin, ehtiyat oyunçu olsa da, Açıq turnirin ən yaxşı fərdi oyunçusu olmuşdur. O, 9 baldan (8 qələbə və bir bərabərlik) 81⁄2 yığıb, 2992 səviyyəsində performans göstərmişdir. Qadınlar arasında ən yaxşı fərdi oyunçu rusiyalı Valentina Qunina olmuşdur. O, 10 baldan 8 (yeddi qalibiyyət, iki bərabərlik və bir itki) xal yığıb, 2643 səviyyəsinə çatmışdır.[9]