3 may 1808
From Wikipedia, the free encyclopedia
3 may 1808 və ya 1808-ci il mayın 3-nə keçən gecə üsyançıların güllələnməsi[2] — ispan rəssam Fransisko Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda əsər Madriddə yerləşən Prado muzeyində sərgilənir. Əsər 1808-ci ildə Fransanın İspaniyanı işğal etməsindən sonra fransızlara qarşı müqavimət hərəkatı başladan ispanlara həsr edilmişdir. İspan rəssamın həmin dövrdəki eyniölçülü bənzər işi "2 may 1808" də İspaniyanın müvəqqəti hökuməti tərəfindən sifariş edilmişdir. Qoyya araqon dilində yazdığı bir məktubunda bu rəsm əsərini çəkmək məqsədini belə açıqlamışdır:
… Məqsədim Avropanın zorakı qüvvələrinə qarşı başlatdığımız şərəfli üsyandakı ən inanılmaz və qəhrəmanca hərəkətləri fırça zərbələrim ilə əbədiləşdirməkdir.[3] |
3 may 1808 | ||
---|---|---|
isp. El tres de mayo de 1808 en Madrid | ||
| ||
Rəssam | Fransisko Qoyya | |
Tarixi | 1814 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 268 sm[1] × 347 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Prado muzeyi | |
Saytı |
wga.hu/html/g/goya/7/715… wga.hu/html/g/goya/7/714… |
|
İnventar nömrəsi | P000749[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğunu əks etdirən simvol halına gətirmişdir.[4] Yaradıldığı dövrdəki incəsənətin bütün imkanlarından yararlanan sənətçinin bu əsəri böyük şöhrət qazanmışdır.[5] Xristianlıq incəsənəti və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və öz növünün ilk nümunələrindən birinə çevirmişdir.[6] İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri üslub, mövzu, məqsəd baxımından, sözün əsl mənasında, inqilaba səbəb olmuş ilk rəsm əsəri idi.[7]
Sonradan Prado muzeyinin idarəçisi olacaq rəssam Xose Madraso 1850-ci illərdə rəsm əsərinin Qoyyanın stilini əks etdirmədiyini iddia etmiş və səbəb kimi Qoyyanın digər əsərlərinə nisbətən bu tablonun daha aşağı səviyyəli olmasını göstərmişdir.[8] İllər sonra - romantizm üslubunun məşhur olduğu dövrdə rəsm əsəri bütün dünyada tanınmışdır.[9] 1937-ci ildə başlayan İspaniya vətəndaş müharibəsi zamanı rəsm əsərini qorumaq üçün onu Valensiyaya aparmışdırlar. Yük maşınında aparılarkən rəsm əsəri ziyan görmüş, lakin daha sonra bu defektlər aradan qaldırılmışdır. Bu prosedur zamanı rəsm əsərinin rəng kompoziyası daha tünd olmuşdur. 2008-ci ildə yenə restorvasiya olunan əsər, nəhayət, əvvəlki rənglərinə qovuşmuşdur.[10]
"3 may 1808" bir çox əsərin yaradılmasına ilham vermişdir. Bu əsərlər arasında Eduard Manenin çəkdiyi bəzi rəsmlər, Pablo Pikassonun "Koreyada qətliam" və "Gernika" tabloları da var.[11]