36 Boys
From Wikipedia, the free encyclopedia
36 Boys (azərb. 36-nın oğlanları) — Almaniyanın paytaxtı Berlin şəhərində türk miqrantlar tərəfindən yaradılmış küçə bandası. Küçə dəstəsinin yaradılmasının əsas səbəblərindən biri 1980-ci illərdən etibarən Almaniyada türkofobiyanın genişlənməsi və neonasizm hərəkatlarının çoxalması olmuşdur.[1]
36 Boys Almaniya Daxili İşlər Nazirliyi tərəfindən uzun müddət kriminal qruplaşma olaraq qəbul edilmişdir və əsas fəaliyyət məkanları kimi Kottbusser Tor metrostansiyasının ətrafı, Naunynstraße və Waldemarstraße arasındakı yaşayış sahələri və Görlitzer Bahnhof'a qədər uzanan küçələr müəyyənləşdirilmişdir.[2]
Qrupun adındadkı 36 rəqəminin mənası, təşkilatın əsas mərkəzinin yerləşdiyi Berlin şəhərinin Kreuzberg rayonunu işarət etməkdədir. Belə ki, Kreuzbergin poçt indeksi 36-dır və küçə dəstəsidə əsasən bu bölgədə fəaliyyət göstərmişdir.[3] Bandaya bu adın verilməsi 2003-cü ildə təqaüdçü tərəfindən qətlə yetirilmiş, berlinli rep ifaçısı Atilla Murad Aydının fikri olmuşdur.[4]