34-cü küçə (Manhetten)
From Wikipedia, the free encyclopedia
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.[2]:839
34-cü küçə | |
---|---|
34th Street | |
34-cü küçə və Beşinci prospektdə yerləşən Empayr Steyt Bildinq | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Manhetten |
Uzunluğu | 2.0 mi[1] (3.2 km) |
Poçt indeksi | 10001, 10121, 10016 |
Yaranıb | 1811-ci il mart ayı |
34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var.