2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2017) — sayca 15-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 26 noyabr 2017-ci il tarixində "Shine bright" devizi altında Gürcüstannın paytaxtı Tbilisi şəhərində keçirilmişdir. Bu Avroviziya Uşaq Mahnı Müsabiqəsində bundan öncə üç dəfə qələbə qazanan Gürcüstanın müsabiqəyə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə Helen Kalandadze və 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmiş Lizi Caparidze aparıcılıq etmişdir.
2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 26 noyabr 2017 |
Aparıcı(lar) | Helen Kalandadze Lizi Caparidze |
Direktor | Yon Ola Sand |
Kanal | ![]() |
Keçirilən yer | Tbilisi Olimpik Sarayı, Tbilisi, Gürcüstan |
Qalib mahnı | ![]() "Wings" |
Seçki sistemi | 50% peşəkar münsif səsverməsi 50% onlayn səsvermə |
İştirakçıların sayı | 16[1] |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2016 ![]() |
9 avqust 2017-ci il tarixdə Avropa Yayım İttifaqı 16 ölkənin Tbilisidə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Portuqaliya doqquz illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2016-cı ildə müsabiqədə iştirak etmiş Bolqarıstan və İsrail isə müsabiqəyə hazırlıq üçün zamanın çox az olduğunu səbəb göstərərək, 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.