2016 Joan Kamper kuboku
From Wikipedia, the free encyclopedia
2016 Joan Kamper kuboku — 51-ci dəfə təşkil edilən Joan Kamper kubokudur. İspaniya klubu və ev sahibi olan Barselona klubu ilə İtaliya təmsilçisi Sampdoriya klubu Barselona şəhərində yerləşən Kamp Nou stadionunda üz-üzə gəliblər.[1] Bu oyun Sampdoriya klubunun Joan Kamper Kubokunda üçüncü iştirakı ilə əlamətdar olub. Bundan əvvəlki görüşlərdə — 1997-ci ildə penaltilərlə məğlub olmuş, 2012-ci ildə isə 1-0 hesabı ilə qalib gəlmişdir. Oyunun prinsipiallığını artıran səbəblərdən biri də Barselonanın 24 il əvvəl Sampdoriyanı 1992 Avropa Kubokunun Finalında məğlub etməsi idi. Lionel Messi 7-ci dəfə qol vurdu və 3-cü dəfə oyunun adamı seçildi. Hər iki uğur kubokun tarixində rekord hesab olunur.[2][3][4]
Cəld faktlar Barselona, Sampdoriya ...
2016 Joan Kamper kuboku | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 10 avqust 2016 (2016-08-10) | ||||||
Yer | Kamp Nou, Barselona | ||||||
Matçın adamı | Lionel Messi (Barselona) | ||||||
Hakim | Alfonso Xavyer Alvarez İzkiyerdo | ||||||
Tamaşaçı | 72 334 | ||||||
← 2015 2017 → |
Bağla