2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2016) — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" (azərb. Qucaqla) devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 20 noyabr 2016 |
Aparıcı(lar) | Ben Kamil Valeri Vella |
Direktor | Yon Ola Sand |
Kanal | PBS |
Keçirilən yer | ![]() |
Qalib mahnı | ![]() "Mzeo" |
İştirakçıların sayı | 17[1] |
İlk dəfə iştirak edən ölkələr | Yoxdur |
Yenidən iştirak edən ölkələr | ![]() ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2015 ![]() |
28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-Marino və Sloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.