2009 FİFA Konfederasiyalar Kuboku Finalı
From Wikipedia, the free encyclopedia
2009 FİFA Konfederasiyalar Kuboku Finalı — 2009-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2009-cü ilin 28 iyun tarixində, CAR-ın Yohannesburq şəhərində yerləşən Ellis Park stadionunda, Braziliya və ABŞ milli komandaları arasında keçirildi. Matçın ilk hissəsində ABŞ millisi 2-0 hesabı ilə irəlidə olsa da moyunun bitməsinə 6 dəqiqə qalmış Lusionun qolu ilə yekunda Braziliya millisi 2-3 hesabı ilə qələbə qazandı.[3][4]
2009 FİFA Konfederasiyalar Kuboku Finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2009 FİFA Konfederasiyalar Kuboku Finalı | ||||||
|
|||||||
Tarix | 28 iyun 2009 | ||||||
Yer | Ellis Park, Yohannesburq | ||||||
Matçın adamı | Kaka (Braziliya)[1] | ||||||
Hakim | Martin Hanson (İsveç)[2] | ||||||
Tamaşaçı | 52 291 | ||||||
← 2005 2013 → |
İlk dəfə kişilərdən ibarət ABŞ milli futbol komandası FİFA-nın keçirdiyi yarışın finalına vəsiqə qazanırdı. Braziliya yığması isə dördüncü dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı (1997, 1999 və 2005-ci ildən sonra).
Matçdan öncə FİFA 2003 FİFA Konfederasiyalar Kuboku Finalı matçında oyun zamanı həyatını itirmiş Kamerun millisinin yarımüdafiəçisi, Mark Vivyen Foenin adını şərəfləndirdi. Üstəlik onun 3 övladından biri olan Mark-Skot, atasının xatirinə xatirə ismarıcı oxudu.[5]