![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/d/d5/2008_Avroviziya_Mahn%25C4%25B1_M%25C3%25BCsabiq%25C9%2599sinin_loqosu.png/640px-2008_Avroviziya_Mahn%25C4%25B1_M%25C3%25BCsabiq%25C9%2599sinin_loqosu.png&w=640&q=50)
2008 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2008 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2008; fr. Concours Eurovision de la chanson 2008) — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur.
2008 Avroviziya Mahnı Müsabiqəsi "Confluence of Sound" "Səslərin birləşməsi" | |
---|---|
![]() | |
I yarımfinal | 20 may 2008 |
II yarımfinal | 22 may 2008 |
Final | 24 may 2008 |
Aparıcı(lar) | Yovana Yankoviç Jelko Yoksimoviç |
Direktor | Svante Stokselius |
Kanal | ![]() |
Keçirilən yer | Belqrad Arena Belqrad, Serbiya |
Qalib mahnı | ![]() "Believe" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 43 |
İlk dəfə iştirak edən ölkələr | ![]() ![]() |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2007 ![]() |
2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2008-in qalibi "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir. Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Rusiyanın müsabiqədə ilk qələbəsi idi.