2007 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2007 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2007; fr. Concours Eurovision de la chanson 2007) — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Lordi" rok qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur.
2007 Avroviziya Mahnı Müsabiqəsi "True Fantasy" "Əsl Xəyal" | |
---|---|
I yarımfinal | 10 may 2007 |
Final | 12 may 2007 |
Aparıcı(lar) | Yaana Pelkonen Mikko Leppilampi |
Direktor | Svante Stokselius |
Kanal | YLE |
Keçirilən yer | Hartwall Arena Helsinki, Finlandiya |
Qalib mahnı | Serbiya "Molitva" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 42 |
İlk dəfə iştirak edən ölkələr | Çexiya Gürcüstan Monteneqro Serbiya |
Yenidən iştirak edən ölkələr | Avstriya Macarıstan |
İştirakdan imtina edən ölkələr | Monako |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2006 2008 ► |
2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar. 2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur. Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 42 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2007-in qalibi "Molitva" mahnısı ilə Avroviziyaya müstəqil ölkə kimi ilk dəfə qatılan Serbiya təmsilçisi Mariya Şerifoviç seçilmişdir.