1979 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1979 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1979; fr. Concours Eurovision de la chanson 1979) — sayca 24-cü Avroviziya Mahnı Müsabiqəsidir. İzhar Kohen və The Alphabeta qrupunun ifa etdikləri "A-Ba-Ni-Bi" mahnısı ilə 1978 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1979-cu ildə İsrail müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1979-cu ilin 31 mart tarixində baş tutmuşdur.
1979 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 31 mart 1979 |
Aparıcı(lar) | Daniel Peer Yardena Arazi |
Kanal | ![]() |
Keçirilən yer | Beynəlxalq Konvensiya mərkəzi, Qüds, İsrail |
Qalib mahnı | ![]() "Hallelujah" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1978 ![]() |
Türkiyə Qüdsdə keçirilən müsabiqədə iştirak etməyə hazırlaşsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu iştirakdan imtina etmişdir. Türkiyəni müsabiqədə 11-ci nömrə altında Mariya Rita Epik və 21. Peron rok qrupu "Seviyorum" mahnısı ilə təmsil etməli idi. Lakin Türkiyə 20 il sonra İsrailin paytaxtı Qüdsdə keçirilən 1999 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi Avroviziya 1979-da ev sahibi ölkə İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupu ifa etdikləri "Hallelujah" adlı mahnı qalib gəlmişdirlər. Bu İsrailin Avroviziyada ikinci qalibiyyəti idi.