![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/4/4e/%25C6%258Fsas_instinkt_%2528film%252C_1992%2529.jpg/640px-%25C6%258Fsas_instinkt_%2528film%252C_1992%2529.jpg&w=640&q=50)
Əsas instinkt
From Wikipedia, the free encyclopedia
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır.
Əsas instinkt | |
---|---|
ing. Basic Instinct | |
![]() "Əsas instinkt" filmi | |
Janr | cinayət filmi, müəmma filmi[1][2][…], erotik film, triller filmi[3][1][…], dram filmi, LGBT mövzulu film[d] |
Rejissor | Pol Verhoven |
Prodüserlər |
Mario Kassar Alan Marşal |
Əsərin müəllifi | Co Esterxaz |
Ssenari müəllifi | Cefferi Nakmanoff |
Baş rollarda |
Şeron Stoun Maykl Duqlas |
Bəstəkar | Cerri Qoldşmit |
İstehsalçı | TriStar Pictures |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 20 mart 1992 |
Müddət | 128 dəq[4] |
Büdcə | 49,000,000 dollar |
Gəlir | 352,927,224[5] dollar |
Ölkələr |
![]() ![]() |
Dil | İngiliscə |
İl | 1992 |
Sonrakı film | Əsas İnstinkt 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko |
IMDb | ID0103772 |
![]() |
Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi.[6]
Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur.[7] Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.