Ənvər Paşa
From Wikipedia, the free encyclopedia
Ənvər Paşa (türk. Enver Paşa) (əsl adı: İsmail Enver; 22 noyabr 1881[1][2][…], Konstantinopol – 4 avqust 1922[1][3][…], Buxara Xalq Sovet Respublikası) — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim.[5][6]
Ənvər Paşa | |
---|---|
osman. اسماعیل انور پاشا | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1881(1881-11-22)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1922(1922-08-04)[1][3][…] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[4] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşağı | 3 (Mahpeykər xanım Sultan, Türkan xanım Sultan daxil olmaqla) |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə "Babıali Basqını" adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.[7][8]
Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür.
1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeykər Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi.[6]