Əməliyyat sistemi
From Wikipedia, the free encyclopedia
Əməliyyat sistemi (ing. Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ümumi təyinatlı əməliyyat sistemi - (ing. GPOS (general purpose operating system), rus. операционная система общего назначения) – gerçək zamanlı əməliyyat sistemlərindən fərqli system. Belə əməliyyat sistemləri kompüterin resurslarının paylanması ilə məşğul olur və istifadəçilərə tətbiqi proqramlarla işləməyə imkan verən inkişaf etmiş qrafik interfeysə malikdir.
Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlıqların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.