Tacik əsilli Əfqanıstan siyasətçisi From Wikipedia, the free encyclopedia
Əhməd Məsud (dəri احمد مسعود) — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi.
Əhməd Məsud | |
---|---|
dəri احمد مسعود | |
Doğum tarixi | |
Doğum yeri | Piyu, Təxar vilayəti, Əfqanıstan Demokratik Respublikası |
Vətəndaşlığı | Əfqanıstan |
Atası | Əhməd Şah Məsud |
Milliyyəti | tacik |
Dini | islam |
Təhsili |
London Kral Kolleci London Şəhər Universiteti |
Fəaliyyəti | siyasətçi |
Fəaliyyət illəri | 2021-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur.[1]
İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.[2]. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb.[3][4][5].
2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir.[6][7] 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır.[8][9][10][11].
Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir.[12][13][14]
2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu.[15][16] Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.