From Wikipedia, the free encyclopedia
Əfqanıstan-Tacikistan münasibətləri — Əfqanıstan və Tacikistan arasında ikitərəfli diplomatik əlaqələr. İki ölkə arasımnda sərhədin uzunluğu 1357 km[1] təşkil edir. İki ölkə arasında diplomarik münasibərtlər 1992-ci ildə Tacikistanın müstəqillik əldə etməsinmdən sonra yaranmışdır. 2014-cü il məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsi 105,7 mln dollar olmuşdur.
Əfqanıstan-Tacikistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tacikistan | Əfqanıstan | |
---|---|---|
Əhali | 8 398 200 | 31 108 077 |
Ərazi | 142 000 km² | 652 864 km² |
Əhali sıxlığı | 57,2 nəf./km² | 43,5 nəf./km² |
Paytaxt | Düşənbə | Kabul |
İri şəhərlər | Düşənbə | Kabul |
Dövlət quruluşu | Prezident respublikası | Prezident respublikası |
Dil | Tacik dili | Puştu dili və Dəri dili |
Əsas inanc | İslam | İslam |
ÜDM | 8,572 mlrd dollar (adam başına 1041 $) | 21,39 mlrd dollar (adam naşına 687 $) |
Hər iki ölkənin ərazisi Samanilər, Qəznəvilər və Teymurilər imperiyalarının ərazisi olmuşdur. 1750-ci ildə əfqan Əhməd xan Abdali və Buxara əmiri Məhəmməd Murad Bəy arasında dostluq haqqında müqavilə imzalanır. Amudərya iki ölkə arasında rəsmi sərhəd olur. Hər iki ölkədə fars dili yayılmışdı. Hazırda Əfqanıstanda taciklərin sayı Tacikistandakından çoxdur[2]. 15 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Bu zaman Tacikistan Kabulda səfirlik açır. 2002-ci ildə isə Tacikistanın Məzari-Şərifdə konsulluq açmışdır. 2004-cü ildə düşənbədə təşkil olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Tacikistan Prezidenti Emoməli Rəhmon və Əfqanıstan Prezidenti Hamid Kərzai arasında qeyrirəsmi görüş olmuşdur. 2005-ci ildə isə Rəhmon Əfqanıstanda rəsmi səfərdə olmuşdur[3].
İki ölkə arasında sərhəddin uzunluğu 1300 km-dir. Üstəlik olduqca pis şəkildə qorunur[4]. Hazırda iki ölkə sərhəddinin qorunmayan sahələri istər bu iki ölkə istərsə beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir. Sərhəd Əfqanıstandan küllü miqdarda narkotik vastələrin Rusiya və Avropa ölkələrinə daşındığı maşrutun üzərindədir. 2009-cu ildə bu mmaşurutla daşınan narkotiklərin miqdrındakı artım Pakistanın şimalındakı vəziyyətlə sıx bağlıdır[4][5]. İki ölkə arasında nəqliyyat əlaqələri beynəlxalq aləmin dəstəyi sayəsində yaxşılaşır[3][6].
Kabul Əfqanıstanın əsas daxili ticarət məkanıdır. 2013-cü ildə Tacikistandan alınan malların 8,7 %, Takisistanaa satılan malların isə 1.8 % onun payına düşür. Tacikistandan Əfqanıstana əsasən metal, eletroenerji, soğan, yerfındığı, avadanlıq və texnika ixrac edilir. Əks istiqamətdə isə mineral gübrələr, sement və mandarin göndərilir. 2013-cü ildə iki ölkəı arasında ticarət döriyyəsi 232,0 mln dollar olmuşdur. Bunun 192,2 mln doları tacikistan ixracatının payına düşür.
Əfqanıstan və Tacikistan arasında energetika sayəsində çoxlu sayda müqavilələr imzalanmışdır. 2007-ci ilin sentyabrındda imzalana anlaşma 500 mln dollar dəyərində olmuşdur. Bu əsasən Tacikistan və Qırğızıstandan Əfqanıstana elektrik enerjisinin tədarükü ilə bağlı olmuşdur. Tacikistan və Qırğızıstan AES hesabına CƏnubi Asiya ölkələrinə enejilərini satmağı düşünürlər. Əfqanıstan isə bu istiqamətdə bir ilkdir[7]. Əfqanıstan və Tacikistan Pyanc çayının üzərində SES tikintisi ilə bağlı razılığıa gəlmişlər. Onun tikintisi Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı[8] tərəfindən maliyyələşdirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.