Remove ads
From Wikipedia, the free encyclopedia
İslam İnkişaf Bankı (ing. Islamic development bank) və ya qısaca İİB (ing. IDB) — maliyyələşdirməni İslam prinsinplərinin əsasında aparılan beynəlxalq maliyyə qurumu. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir.
İslam İnkişaf Bankı İİB | |
---|---|
Islamic Development Bank | |
Fəaliyyəti | Maliyyə |
Yaranma tarixi | 1975 |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Ciddə, Səudiyyə Ərəbistanı |
Üzvləri |
|
isdb.org | |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin sonlarına doğru faizsiz maliyyə sisteminin fəaliyyəti genişləndikcə bu sahədə işləyən instutların formalaşması və yaranması prosesi də sürətlənirdi. Belə olduğu halda bir sıra Şərq ölkələri və onların təmsil olunduqları beynəlxalq təşkilatlarda faizsiz prinsiplər əsasında regional səviyyədə vahid maliyyə institutunun yaradılması ideyaları səslənirdi. Bu özünü ən çox İslam Konfransı Təşkilatına üzv olan ölkələrin yığıncaqlarında büruzə verirdi. Nəhayət 1973-cü ilin dekabrında (hicri 1393) Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin Maliyyə Nazirlərinin Konfransında imzalanan Niyyət Bəyannaməsinin nəticəsində İslam İnkişaf Bankı təsis edilmişdir. Bu bank faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan ilk beynəlxalq 19 maliyyə təşkilatıdır.[1]
Bankın məqsədi banka üzv olan ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ (fiqhi) əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir.
Bankda depozitlərin qəbuluna və maliyyənin mobilliyini təmin etmək məqsədilə faizsiz maliyyə sisteminin prinsiplərinə uyğun maliyyə resurslarının səfərbər olunmasına də icazə verilir. Bütün banklarla yanaşı bank şəriət prinsipləri əsasında istehsal vasitələrinin inkişafının stimullaşdırılmasında, xüsusilə xarici ticarətin üzv ölkələr arasında gücləndirilməsində, dövlətlərə texniki köməyin təmin olunmasında, idarəçilik sahəsində çalışan işçi heyətinə innovativ biliklərinin öyrədilməsində yaxından iştirak edir.
Hal-hazırda Banka əhalisinin mütləq çoxluğunun və əksəriyyətinin müsəlmanlardan ibarət olduğu 56 ölkə üzvdür. Üzvlük üçün əsas nəzərdə tutulan başlıca şərt iddiaçı qismində çıxış edən dövlətin İslam Konfıransı Təşkilatına üzv olmasıdır. Əgər həmin ölkə İƏT-in üzvüdürsə onda o bankın kapitalına öz maliyyə töhfələrini verdikdən sonra və İİB-nın İdarə Heyəti Şurasının qərarı ilə üzvlüyə qəbul olunur.
Qeyd edək ki, dünyanın iqtisadi – siyasi həyatında baş verən dinamik dəyişikliklərlə bağlı olaraq İİB-nin fəaliyyətində mütəmadi olaraq islahatlar həyata keçirilir, yeniləşmələr aparılır. Təbii ki, bu Banka üzv dövlətlərin maraqlarının daha effektiv qorunmasına xidmət edir. İİB yarandığı gündən onun daxili strukturunda baş verən yeniləşmələr fonunda bankın xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə vaxtaşırı onun nəzdində bir sıra alt qurumların yaradılmasına ehtiyac yaranmış və təşkilatlar dövlətlərin qarşılıqlı razılaşması əsasında təsis olunmuşdur. İİB-nin nəzdində fəaliyyət göstərən və onun fəaliyyətinin müxtəlif sahələrini özündə cəmləşdirən Bankın nəzdindəki (qismən müstəqil) beynəlxalq qurumları aşağıdakı kimi sıralamaq olar.
Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq iqtisadi təşkilatlara inteqrasiya istiqamətində ardıcıl siyasət aparmağa başlamışdır. Bu qəbildən İslam İnkişaf Bankı ilə əməkdaşlıq etmək və ona üzv olmaq respublikamızın xarici iqtisadi siyasəti üçün prioritet daşıyırdı. Ölkəmizin İİB ilə yaxından əməkdaşlığı Azərbaycanın bu quruma 4 iyul 1992-ci il tarixində rəsmi şəkildə üzv qəbul edilməsi ilə daha da dərinləşməyə başladı. Azərbaycan Bankda 9.76 milyon ABŞ dolları (ümumi səhm kapitalının 0.13%) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.
İİB ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıq çərçivəsində Bankın prinsip və məqsədlərinə uyğun respublikamızda da bir sıra layihələr icra olunur. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Uzun illərdir ki, Azərbaycan bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürür və ölkəmizin uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur.
Belə ki, Bank Azərbaycanda həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırır. Bir sıra hallarda isə kiçik qrantlar da təqdim edir. Keçən dövr ərzində İİB tərəfindən maliyyələşdirilən aşağıdakı bir sıra layihələri sadalamaq olar:
1.Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsi;
2.Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması layihəsi;
3. Mingəçevir SES-in yenidənqurulması layihəsi;
4. Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsi;
5. Cənub istilik elektrik stansiyasının tikintisi layihəsi və s.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.