![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/de/Ceylan-map.png/640px-Ceylan-map.png&w=640&q=50)
Şri-Lanka coğrafiyası
From Wikipedia, the free encyclopedia
Şri-Lanka Cənubi Asiya regionuna dail olan və demək olarki Şri-Lanka adasında yerləşən bir dövlətdir. Ölkənin ərazisi onun dəniz əraziləri ilə birlikdə 65 610 km² təşkil edir[1]. Şimaldan cənuba ölkə 445 km, şərqdən qərbə isə 225 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 1340 km təşkil edir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/de/Ceylan-map.png/320px-Ceylan-map.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Topography_Sri_Lanka.jpg/640px-Topography_Sri_Lanka.jpg)
Şri-Lanka adası həmdə Seylon adı ilə tanınır. Ölkə bütünlüklə Hind okeanı ilə əhatələnmişdir. Ada 350 km uzunluğa və 180 km enə malikdir. O Tasmaniya və İrlandiya adalarının ölçüləri böyüklükdədir. Ada Hindustan yarımadasından Manasar körfəzi və Polk boğazı ilə ayrılır. Polk boğzının eni 50 km təşkil edir.
Adanın təbii ehtiyatları: əhəng daşı, gil, fosforit, qrafit.
Adəm körpüsü adanı nə zamansa materilə birləşdirirdi. Tarixçilərin verdiyi məlumata görə 1481-ci ildə baş vermiş güçlü zəlzələdən sonra ara tamamən dağılmışdır. Ölkə heç bir ölkə ilə quru sərhəddinə malik deyildir.