Şirvan düzü
From Wikipedia, the free encyclopedia
Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasaında yerləşən ərazi.
Şirvan düzü | |
---|---|
Coğrafiyası | |
Çaylar | Araz, Kür, Əlicançay, Türyançay, Göyçay, Girdimançay |
Göl | Hacıqabul |
Yerləşməsi | |
40°12′30″ şm. e. 48°25′10″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayonlar | Şirvan, Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Ağdaş |
Şirvan düzündə Şirvan (köhnə adı Əli Bayramlı), Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Zərdab rayonları yerləşir. Keçmişdə Şirvan adı altında Azərbaycan rayonlarının bütün şərq hissəsi, yəni Şirvan düzü, Qobustan, Abşeron yarımadası və Şimal-şərqi Azərbaycan nəzərdə tutulurdu. Hazırda isə Şirvan anlayışı Şirvan düzü, Ağsu, Şamaxı rayonlarını əhatə edir. Düz şirvan əyalətinin adı ilə adlanmışdır. Şirvan tarixi ərazi vahidi kimi Kür çayı ilə Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazidən ibarətdir. Orta əsr mənbələrində ölkə də adlanmışdır. İlk dəfə VII əsr erməni mənbələrində Albaniyada Sasani mərbazanlarının idarə etdiyi 11 əyalətdən birinin də Şirvan olması göstəlrilmişdir. Şirvanşahlar dövləti Şirvan ərazisində yaranmışdı. Şirvanşahlar dövlətinə son qoyan (1538) Səfəvilərin yaratdıqları inzibati ərazi vahidlərindən biri də Şirvan bəylərbəyi idi. XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri Şirvan ərazisini əhatə edən Şamaxı xanlığı olmuşdur.
Şirvan toponiminin arealı genişdir. Azərbaycanda Axtaçı Şirvan (Sabirabad rayonu), Şirvanlı (Ağdam, Bərdə, Oğuz rayonları), Şirvanmeşə (İsmayıllı rayonu), Şirvanovka (Qusar rayonu), Cənubi Azərbaycanda Şiervandeh, Şirvanşahlı, Şirvanşahlı Əliya., Siran, Şiran adlı kəndlər, Türkmənistanda Şirvan, Şirvanqala, Türkiyədə Şirvan, Şirvan Mazik məntəqələri var. XIX əsrdə Quba qəzasında Şirvanşalı, Zəngəzur qəzasında Şirvanşahlı, Dağıstanda Şirvanlar, İrəvan quberniyasında Şirvancuq adlı kəndlər mövcud idi. Orta əsr müəllifləri Xorasanda Şirvan adlı tarixi ərazinin olduğunu göstərirdilər. Bəzi müəlliflərin fikrincə, Şirvan əvvəllər bir şəhərin adı olmuş, sonralar bu ad tarixi və düzə aid edilmişdir. IX–XIII əsr ərəb müəlliflərinin əsərlərində Şabran və Şamaxı şəhərlərinin arasında Şirvan şəhərinin adı da qeyd olunmuşdur. Şirvan adı yalnız Sasanilər dövründə çəkilir. Ərəb mənbələrində Şirvan, fars mənbələrində Şervan, Suriya mənbələrində Sirvan, Parfiya dövrünə aid Zərdüşt məbədinin kitabəsində Siran və ya Sauran variantında iəsadüf edilməsi adın Sasanilərdən çox əvvəl mövcud olduğunu göstərir.[1]
Hazırda Şirvan düzü torpaqlarının çox hissəsi (70%-ə qədəri) kənd təsərrüfatında istifadə edilmir. Ərazinin torpaqlarının istifadə olunmasına burada mövcud olan çayların az sulu olması nəticəsində suvarma suyunun çatışmaması, torpaqlarda təkrar şorlaşmanın əmələ gəlməsi və s. səbəblər maneçilik törədir.
Mingəçevir su hövzəsinin tikilməsilə əlaqədar olaraq Yuxarı Şirvan kanalının çəkilməsi burada suvarılacaq əkin sahələrinin xeyli genişlənməsinə imkan yaradır ki, bu da Şərqi Şirvanda torpaqların meliorativ xüsusiyyətlərinin öyrənilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyur. Şərqi Şirvanda belə bir tədqiqatla-torpaqların su-duz rejiminin öyrənilməsilə məşğul olunmadığından 1952-ci ildən sonra bu məsələnin öyrənilməsinə başlanmışdır.