![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Coat_of_arms_of_North_Macedonia.svg/langaz-640px-Coat_of_arms_of_North_Macedonia.svg.png&w=640&q=50)
Şimali Makedoniya gerbi
From Wikipedia, the free encyclopedia
Makedoniya Respublikasının Dövlət Gerbi — Makedoniya Respublikasının müstəqilliyi rəmzidir. Makedoniya Respublikasının gerbində ənənəvi Makedon xalq təsvirlərinin naxışlarla bəzəkli bir lent ilə bağlandığı, buğda, tütün yarpaqları və xaşxaş meyvələri ləyəni şəklindəki iki sarılmış çələng kürəsi təsvir edilmişdir. Yumurtavari çərçivənin mərkəzində bir dağ, göl və günəşin doğuşu təsvir olunub[1]. Makedoniya Respublikasının milli gerbinin xüsusiyyətləri, azadlığı simvolikləşdirən, günəşin doğuşu, Şar dağları[2], Lyuboten[2] adlı bir zirvəyə və ya Korab Dağı[3], Vardar çayı, Oxrid gölünə malikdir[2][3]. Gerb ayrıca tiryək xaşxaş meyvələrə malikdir. Bu xaşxaş XIX əsrin ilk yarısında Osmanlı İmperiyası tərəfindən Makedoniyaya gətirildi[4]. 2009-cu ilin Noyabr ayının 16-a qədər, gerbin yuxarı hissəsində beş guşəli qırmızı ulduz da təsvir edilirdi. Milli parlament, bu ünsürü qaldırmağı təklif etdi. Bu təklif, səs verənlərin 80-i lehinə, 18-i isə qarşı olmaqla qəbul edildi. beş guşəli qırmızı ulduzu ehtiva edən gerb, Yuqoslaviya Federativ Respublikasının (YSFR) üzvü olmasından qısa bir müddət sonra, 1946-ci ildən bəri istifadə edilir.
Şimali Makedoniya gerbi | |
---|---|
mak. Државниот грб на Република Северна Македонија alb. Stema Shtetërore e Republikës Maqedonisë së Veriut | |
![]() | |
Detallar | |
Armiger | Makedoniya Respublikası |
Təsis edilib | 1947 |
Təsdiq edilib | 2009 |
Gerbin lövhəsi | Makedoniya Respublikası milli emblemi, buğda, tütün yarpaqları və xaşxaş meyvələrinin iki qövslü çələng qaşığından meydana gəlir. Lent ənənəvi Makedon xalq motivlərindən və naxışlarla ilə bəzədilmişdir. Yumurtavari çərçivənin ortasında bir dağ, bir göl və günəşin doğuşu təsvir edilmişdir. Bu qurğular "ölkənin zənginliyini, mübarizəni və azadlığını" ifadə edir. |
İlk variantı |
![]() |
Digər variantlar |
![]() |
![]() |
Gerb, YSFR gerbinə söykənir və Makedoniyanın tarixi gerbləri ilə bir əlaqəsi yoxdur. Belarusun və Makedoniya Respublikası, sosializm simvolundan istifadə etməyə davam edən az saydakı Avropa ölkələrindən biridir.