From Wikipedia, the free encyclopedia
Şamxor qəzası — 22 aprel 1920-ci ildə Gəncə qəzasından ayrılmış qəza.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 22 aprel 1920-ci il tarixli iclasında qəbul olunan 5 maddəli xüsusu qanina əsazən Şamxor qəzası yaradılmışdır.
Qanunun birinci maddəsində Şamxor qəzasının Gəncə qəzasının qərb hissəsinin və keçmiş Novobayazid qəzasının ona bitişik hissələrinin hesabına yaradıldığı və qəza idarəsinin isə Zəyəm stansiyasında yerləşməli olduğu göstərilirdi. İkinci maddəyə görə isə yeni təsis edilmiş Şamxor qəzasına 34 kənd icmasının verilməsi nəzərdə tutulurdu. Bunlar Qaracəmirli, Georgiyevsk, Alabaşlı, Seyfəli, Annino, Dəllər, Keçili, Morul, Quşçu, Zəylik, Bolçalı, Damcılı, Xinnalı, Kovlar, Bayramlı, Aşağı Əyyublu, Yuxarı Ayıblı, Düyərli, İrmaşlı, Klixli, Çardaqlı, Barsum, Slavyanka, Gədəbəy, Novosaratovka, Novoivanovka, Miskanlı, Qaramurad, Cil, Məzri, Zad, Basarkeçər, Sarıyaqub, Aşağı Alçalı daxil idi. Üçüncü maddədə qəza polis idarəsinin yaradılması, 4-cü maddədən Gəncə Qəza Polis İdarəsinin heyətindən 4 nəfərini Şamxor Qəza Polis İdarəsinə təyin edilməsi, 5-ci maddədə isə Şəmkir Qəza İdarəsinə pul ayrılması qeyd olunmuşdu.[1]
8 avqust 1929-cu ildə Şamxor qəzası ləğv edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.