![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e7/Shamlugh_town_Armenia.jpg/640px-Shamlugh_town_Armenia.jpg&w=640&q=50)
Şamlıq (Loru)
Ermənistanda şəhər / From Wikipedia, the free encyclopedia
Şamlıq[1][2] (erm. Շամլուղ) —Tiflis quberniyasının Borçalı qəzasında, indi Ermənistan Respublikasının Loru mərzində (İndi Ermənistanın Tumanyan rayonunda) şəhər. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin 1887-ci ilə aid mənbədə Şambluq kimi də qeyd edilir.[3] 1938-ci ildə şəhər tipli qəsəbə[4], 1995-ci ildə isə şəhər statusu almışdır.[5] 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Axtala və Bendik kəndləri ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir.[5][6] 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 700 nəfərdir.[7][8]
kənd | |
Şamlıq | |
---|---|
![]() | |
41°10′05″ şm. e. 44°42′27″ ş. u. | |
Ölkə |
![]() |
Region | Loru mahalı |
Rayon | Allahverdi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1770 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 810 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |