From Wikipedia, the free encyclopedia
Şah I Abbasın Bəhreyni fəth etməsi — Səfəvi hökmdarı I Abbasın Bəhreyni ələ keçirməsi nəzərdə tutulur. Döyüş 1602-ci ildə olmuşdur.
XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular.[1] Buna görə də, 1507-ci ildən etibarən Səfəvi imperiyası ilə Portuqaliyanın münasibətləri gərgin idi. Abbasın xarici siyasətdə əsas istiqamətlərdən biri də İran körfəzindən Portuqaliyanı qovmaq idi. Bu istiqamətdə atılmış ilk addımlardan biri də Bəhreynin ələ keçirilməsi oldu. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir[2] Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.[3]
1602-ci ildə Bəhreyn hakimi Rükunəddin Məsud, Portuqalların himayəsində olan Hörmüz hakimi Firuzşahın qorxusundan Səfəvi imperiyasının Fars vilayətinin hakimi Allahverdi xandan kömək istədi. Ada Hörmüz krallığına mənsub olsa da, kral Portuqaliyanın kuklası kimi hakimiyyətdə idi. Təklifin gəlməsindən sonra Allahverdi xan Abbasa xəbər etmədən, öz insiyativi ilə hərəkət edərək Bəhreyni ələ keçirmişdi, lakin o, Abbasın buna razılıq verəcəyini düzgün olaraq təxmin etmişdi. Amma bu işğal Abbasın Osmanlı imperiyasına qarşı Portuqaliya ilə İspaniyadan ibarət ittifaq qurmağa çalışdığı vaxta təsadüf etdiyi üçün təəccübə səbəb olmuşdu. Abbas bu bölgəni özünün qanuni torpaqları hesab edirdi və bu bölgədən gələn böyük ticarət vergilərinin portuqaliyalılara getməsinə görə qəzəbli idi. Bu qəzəb portuqaliyalıların Səfəvi tacirləri ilə kobud davranması xəbərlərinin gəlməsindən sonra daha da artdı. Hörmüzdən və qonşu quru sahəsində yerləşən Gembrundan gələn ticarət yolundan böyük gəlirlər götürməyə başlayan Abbas portuqaliyalılar üzərinə olan təzyiqini daha da artırdı.[3]
Bundan sonra portuqaliyalılar və Hörmüz hakiminin qüvvələri Bəhreynə dəniz hücumua keçdilər.[4] Səfəvi imperiyasınnı buna cavabı Gembrunu mühasirəyə almaq və karvan yollarını bağlamaqla verildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.