Həsənov Şəmistan Hüseyn oğlu- (13 yanvar, 1934-cü il, Böyük Qarakilsə, Qərbi Azərbaycan)- Prezident təqaüdçüsü (2018), Əməkdar mühəndis (2017), Bakı Dəniz Limanının keçmiş kapitanıdır.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Bağla
Həsənov Şəmistan Hüseyn oğlu 13 yanvar 1934-cü il tarixində Qərbi Azərbaycanın Böyük Qarakilsə (Kirovakan) rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. Bakı Dəniz Limanının keçmiş kapitanıdır. Kapitan vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmış. 23.02.2020-ci il tarixində (86 yaşında) öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
- 1951-ci il tarixində 17 yaşında Bakı şəhərinə gələrək "Kirov" gəmisində ocaqçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
- 1953–1957-ci illərdə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbində təhsil almışdır.
- Dənizçilik Məktəbini bitirdikdən sonra 1958-ci ilin yanvar ayından başlayaraq müxtəlif gəmilərdə ("Türkmənistan", "Qırğızıstan", "Tacikistan") matros, şturman, kapitanın böyük köməkçisi və kapitan vəzifələrində çalışmışdır.
- 1978-ci ildə Odessa Ali Dənizçilik Məktəbini bitirmişdir.
- 1977–1987-ci illərdə "Berdı Kerbabayev" quru yük gəmisində uzaq səfərlər kapitanı kimi Qara dəniz hövzəsində işləmiş, İtaliya, keçmiş Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya və s. ölkərə yuk daşımalarını yerinə yetirmişdir.
- 1987-ci ildə keçmiş Yuqoslaviyadan "Sovet Naxçıvanı" gəmi-bərəsini gətirmiş və 1989-cu ilədək Bakı- Krasnovodsk-Aktau limanlarına işləmişdir.
- 1989–1991-ci illərdə "Aşıq Ələsgər" quru yük gəmisində Kuba limanlarında işləmişdir.
- 1992–1995-ci illərdə "Merkuri 2" gəmi-bərəsi ilə Sankt-Peterburq – Kalininqrad (Rusiya) – Kill (Almaniya) limanlarında işləmişdir.
- 1995–2003-cü illərdə yenidən "Berdı Kerbabayev" quru yük gəmisində Qara dəniz hövzəsində işləmişdir.
- 2003–2020-ci illərdə Bakı Dəniz Limanında liman kapitanı vəzifəsində çalışmışdır.
- SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 29 iyul 1966-cı il tarixli Qərarı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
- Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 fevral 1986-cı il tarixli Qərarı ilə "Əmək Veteranı" medalı ilə təltif edilmişdir
- Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]
- "Donanmanın Fəxri İşçisi" döş nişanı ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[2][3][4][5]
- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı təltif edilmişdir.[6]
- Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli 223 nömrəli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.[7][8]
Həsənov Şəmistan ailəlidir və 3 övladı, 7 nəvəsi, 1 nəticəsi var.
Şəmistan Həsənov
Tərəqqi
Əməkdar mühəndis