From Wikipedia, the free encyclopedia
"Merkuri-2" bərəsinin qəzaya uğraması — 22 oktyabr 2002-ci ildə, saat 09.30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batması hadisəsi.[1] Bu hadisə Azərbaycanın gəmi nəqliyyatı tarixindəki ən böyük qəzadır.[2]
AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNƏ MƏXSUS “MERKURİ-2” GƏMİ-BƏRƏSİNİN 2002-Cİ İL OKTYABRIN 22-DƏ QƏZAYA UĞRAYIB. | |
---|---|
Tarix | 22 oktyabr 2002 |
Yeri | Xəzər dənizi |
Qurbanlar | |
Ölənlərin sayı | 49 |
"Merkuri-2" gəmi-bərəsində həlak olmuş, xilas edilmiş, itkin düşmüş heyət üzvlərinin və sərnişinlərin müvafiq siyahısı.
"MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN HƏLAK OLMUŞ HEYƏT ÜZVLƏRİ VƏ SƏRNİŞİN
1. Səlimov Fikrət Pəsi oğlu
2. Salıkov Maarif Şirnalı oğlu
3. Melnikova Tatyana Vasilyevna
4. Nəbiyev Nəriman Nəbiulla oğlu {sərnişin} /Qazaxıstan vətəndaşı/ biletsiz
"MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN XİLAS EDİLMİŞ HEYƏT ÜZVLƏRİ
1. Ağayev Asəf Şərur oğlu
2. Novruzov Samir Qərib oğlu
3. Baykov Aleksandr Vyaçeslavoviç
4. Süleymanov Mirzə Hüsən oğlu
5. İsmayılov Elçin Abdulla oğlu
6. Paşayev Mehman Xanoğlan oğlu
7. Baxışeva Elmira Həsənağa qızı
8. Ağayeva Aidə Müslüm qızı
9. Yestiqneyeva Lyudmila Pavlovna
"MERKURİ-2" GƏMİ-BƏRƏSİNDƏ itkin DÜŞƏNLƏR
1. İmanov Cəfərağa Zəbulla oğlu
2. Vanyuxin Pavel İvanoviç
3. Verdixanov Eldarbəy Ənvər oğlu
4. Mürsəlov İman İmanqulu oğlu
5. İsmayılov Ramiz Təmraz oğlu
6. Biyabani Məmmədəli Ağarəhim oğlu
7. Əhədov Əbülfəz Sübhan oğlu
8. Dadaşov Telman Şabala oğlu
9. Dubin Mixail Mixayloviç
10. Novruzov Sultan Feytulla oğlu
11. Qasımov Naib Əli oğlu
12. Şkilev Viktor İvanoviç
13. İbişov Yaqub Abbas oğlu
14. Nəsirov Yeqzar Əlövsət oğlu
15. Orucov Sabir Abbas oğlu
16. Həsənquliyev Nurəddin Həsənqulu oğlu
17. Səfərov Rövşən Məmmədağa oğlu
18. Məmmədov Nadir Ağahüseyn oğlu
19. Hüseynov Bəhman Ağa oğlu
20. Ağayev Valeh Azad oğlu
21. Mehdiyev Fikrət Məmməd oğlu
22. Dadaşov Nizami Eyyub oğlu
23. Əbilov Azad Fətulla oğlu
24. Həsənov Qismət Əfsər oğlu
25. Həsənov Fazil Həsənağa oğlu
26. Bayburiyeva Batmagül Kalispekovna
27. Kotek Yelena İqorevna
28. Abbasova Firəngiz Dadaş qızı
29. Məmmədova Şəmsiyyə Məmməd qızı
30. Allahverdiyeva Xatirə Nadir qızı
"MERKURİ-2" GƏMİ-BƏRƏSİNDƏ OLMUŞ SƏRNİŞİNLƏR
1. Lətifov Zülfi Bulud oğlu /Qazaxıstan vətəndaşı/
2. Əliyev Qəşəm İsmayıl oğlu /Azərbaycan vətəndaşı/
3. Binyadov Zahid Nəriman oğlu /Azərbaycan vətəndaşı/
4. Əhmədov Tofiq /Azərbaycan vətəndaşı/
5. Mehrəliyev Əliəkrəm Tağı oğlu /Azərbaycan vətəndaşı/
6. Ənvər Cabir oğlu /Rusiya vətəndaşı/
7. Burov Gennadi Valdemaroviç /Rusiya vətəndaşı/
8. Kərimov Şahmar Cəlal oğlu /Qazaxıstan vətəndaşı/
9. Ağaxanov Akim Dünyamedinoviç /Qazaxıstan vətəndaşı/ biletsiz
10. Ağaxanova İndira Akimovna /Qazaxıstan vətəndaşı/ biletsiz
11. Abbasova Südabə Qulammirzə qızı /Azərbaycan vətəndaşı/ biletsiz
12. Abbasova Nuriyyə Canağa qızı /Azərbaycan vətəndaşı/ biletsiz
13. Ağamirzəyev Güləhməd Balaqulu oğlu /Azərbaycan vətəndaşı/ biletsiz
14. Əkbərova Nərgiz İslam qızı /Azərbaycan vətəndaşı/ biletsiz
15 . Nağıyeva Gövhər Qorxmaz qızı /Azərbaycan vətəndaşı/ biletsiz
Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası çağırılmış, baş vermiş qəza ilə bağlı xilasetmə işlərinin təşkili və hadisənin səbəblərinin araşdırılması məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:[3]
Dövlət Komissiyası təxirəsalınmaz xilasetmə işlərinin yerinə yetirilməsinə rəhbərlik etmiş və bilavasitə qəza yerində olaraq lazımi tədbirlər görmüşdür. Xilasetmə işləri qəza haqqında xəbər alınan andan həyata keçirilməyə başlanmışdır.[1] Əməliyyata Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və "Britiş Petroleum" Şirkətinə məxsus 19 gəmi, eləcə də "Azərbaycan Hava Yolları" Dövlət Konserninin, Müdafiə Nazirliyinin və "Britiş Petroleum" Şirkətinin 7 vertolyotu cəlb olunmuşdur.[1] Qəza baş verən ərazidə ekoloji vəziyyətə nəzarət etmək üçün əməliyyatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi tədqiqat gəmisi də iştirak etmişdir.[1] Hadisə ilə bağlı Respublika Prokurorluğunda cinayət işi açılmış, istintaq aparılmışdır.[1]
Qəza baş verərkən bərədə 42 heyət üzvü və 16 sərnişin olmuşdur. Hava şəraitinin mürəkkəb olmasına baxmayaraq, əməliyyatda iştirak edən gəmi və vertolyot heyətlərinin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində 9 nəfər xilas edilmiş, 4 nəfərin cəsədi tapılmışdır. Qalanların taleyini isə, müəyyən etmək mümkün olmamışdır.[1]
Qazaxıstan nefti ilə dolu olan "Merkuri-2"nin qəzaya uğraması nəticəsində neftin dənizə dağılması ilə Xəzərdə eni 8, uzunluğu isə 15 kilometr olan ləkə yaranmışdır.[4] "Merkuri-2" indiyə qədər suyun 300 metr dərinliyində qalmaqdadır. Bu günə kimi o bərəni sudan çıxarmaq cəhdləri uğursuz olmuşdur. Bərənin anbarında hələ də 1000 tona yaxın neft vardır ki, hər il ərzində dəniz suyu onun metalını aşılayır.[5]
Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli Fərmanı 2002-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.