İstifadəçi müzakirəsi:Yunatan
From Wikipedia, the free encyclopedia
--Sortilegus 04:07, 19 Oktyabr 2010 (UTC)
![]() |
Xoş gəldiniz, Yunatan! |
![]() |
Salam, Yunatan. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here! |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
Dildaşlarıma səlamlar və sayğılarla
Mənim türkcə taxma adım Yünatandır. Türk iranlıyam. İnternetə çətin çatabilməmə qarşın əlimdən gələn yardım (kömək) için (üçün) bu səhifəni açmışam.
Vikipediyada azəri türkcəsicə səhifənin az olması Azərbaycan uşaqlarının yetənəklərinə yaraşmır. Məncə bu əskikliyin nədəni (səbəbi) yalnız (fəqət) bu ensiklopediyanın varlığından xəbərsizlikdir. Öz boynuma olan borcu ödəmək yanıyca dostlarıma xəbərverməklə onun zənginləşmə yeyinliğini daha da artabilməmi sanıram (güman elirəm).
Ancaq azəricə yazmanın bir neçə çətinliği var. Onların hamısı da dilçilik sorunları (məsələləri) olduqca şəxsi səliqə ilə də ilgilidirlər.
Azəri ləhcənin gəniş coğrafiya sahəsi, onu etkilədən (ona təsir bıraxan) çeşidli özgə dillərlə ilgisi, zənginləşməsinə nədən olması ilə yanaşı yazıb oxumasını çətinləşdirmişdir.
Məncə bu değişiklikləri müsbət baxışla qarşılasaq bu dilcə anlaşmaq daha rahat olabilər, hələ ittilaat alma dilimizə də çevriləbilər.
Amma hər dildə anlaşmaq için sıx bir qaydaların olması gərəkir. Bəzi qaydaları saymamaq dilə zərər vurmasa da tərsinə (əksinə) bəzilərinin pozması onun canlaşmasına mani də olbilər.
Qıssası bu ki, o qaydaları öyrənməmiş yardımdan vazgeçməmiz daha yararlıdır (faydalıdır).
Hələlik
YÜNATAN