Vikipediya:Məqalə adları
From Wikipedia, the free encyclopedia
Məqalə adı Vikipediyadakı məqalələrin məzmunu üzərində göstərilmiş böyük başlıqdır. Bu başlıq səhifənin adı və URL üçün əsas rol oynayır. Məqalənin adı onun nəyə aid olduğunu göstərir və onu digər məqalələrdən fərqləndirir.
|
Məqalə adı olaraq yanlız məqalənin mövzusunun adı seçilə bilər. Əgər məqalə mövzusunun adı yoxdursa, başlıq mövzunun təsviri də ola bilər. İki məqalə heç vaxt eyni adda ola bilmədiyi üçün bəzən addan sonra mötərizə daxilində fərqləndirici məlumatlar da əlavə etmək lazım gəlir.
Məqalə adları mövzunun etibarlı mənbələrdə necə adlandırıldığına əsaslanır. Mənbələrdə bir çox adın təklif olunduğu halda redaktorlar bir neçə prinsipi nəzərdən keçirərək seçim edirlər. İdeal məqalə adı mövzunu dəqiq müəyyənləşdirməli, qısa, təbii, fərqlənən və tanınan olmalı və oxşar məqalələrin adlarına bənzəməlidir.
Bu səhifə kateqoriyalar kimi digər ad fəzalarındakı səhifələrin deyil, sadəcə məqalə adlarının seçilməsində əsas götürülən mülahizələri ətraflı izah edir.
Məqalənin adı bəzi səbəblərdən dəyişdirilə bilər. Səhifənin adının dəyişdirilməsi prosedurları haqqında məlumat üçün Vikipediya:Səhifənin adını dəyişdirmək və Vikipediya:Addəyişmə müraciətləri səhifələrinə baxın.