Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millətvəkili, professor From Wikipedia, the free encyclopedia
İsa Həbibbəyli (16 oktyabr 1949, Danzik, Noraşen rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003).
İsa Həbibbəyli | |
---|---|
Vəzifədədir | |
25 oktyabr 2022-ci ildən | |
Əvvəlki | Ramiz Mehdiyev |
Vəzifədədir | |
2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | akademik[d], siyasətçi |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir (1971).
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor (1991–1996), Tələbə Elmi Cəmiyyətinin sədri (1968–1971, 1975–1990), 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019–2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020–2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir. 2022-ci ilin oktyabr ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibətlər və insan hüquqları komissiyasına rəhbərlik etmişdir (1998–2005).
III, IV və V çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri (2015–2020) kimi "Elm haqqında" (2016), "Məktəbəqədər təhsil haqqında" (2017), "Peşə təhsili haqqında" (2018), "Ümumi təhsil haqqında" (2019) qanunlarınınlayihələrini hazırlamışdır. Milli Məclisin Toponimiya Komissiyasının sədridir (2015). Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin layihələrinin (2014, 2023), "Elm məbədi" filminin, "Akademiya marşı"nın müəllifi, "Fizika və lirika" layihəsinin, AMEA-da Təsviri və tətbiqi sənət sərgilərinin təşkilatçısıdır. YAP Siyasi Şurasının üzvü olmuşdur (2013–2021). Azərbaycan Milli Elmlər Akademiyasının "Məruzələr", "Elm və həyat", AMEA Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Poeetika.izm", "Müqayisəli ədəbiyyatşünaslıq" jurnallarının baş redaktorudur.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[2] Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür.
Ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə satiranın ədəbi növ, erkən realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan olduğunu müəyyən etmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini irəli sürmüşdür. Azərbaycançılıq, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX–XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları vardır. Cəlil Məmmədquluzadənin irsini tədqiq etmiş, ilk dəfə olaraq nəsil səcərəsini tərtib etmişdir. Ədibin 4 cildlik "Əsərləri"ni Bakıda (2004), 2 cildlik "Seçilmiş əsərləri"ni Naxçıvanda (2009), əsərlərindən seçmələri Rusiya (1999), Pakistan (2004), Misir Ərəb Respublikası (2008), Macarıstan (2011), Litva (2017), Bolqarıstan, Özbəkistan və Tacikistanda (2019) nəşr etdirmişdir. Mirzə Cəlilin nəslinin Fransa və İrandakı davamçılarını tapmış (1992–1998), Polşadakı varislərinin Bakıya səfərini təşkil etmişdir (16–21 noyabr 2019). Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Eynulla Sultanov, Məmməd Cəfər Cəfərov və Ələkbər Qəribin naməlum əsərlərini nəşr etdirmişdir.
Ailəlidir, 3 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.