İran körfəzi
İranın cənubunda yerləşən Orta Şərqdəki ən vacib körfəz / From Wikipedia, the free encyclopedia
İran körfəzi[3][4][5] həmçinin Ərəb körfəzi[6][7] və ya Bəsrə körfəzi[8][9][10][11] (türk. Basra Körfezi[8][9][10]; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي[12][13] - əl-Xəlicül-ərəbi,[14] əl-Xəlic əl-ərəbi[15]) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
Ərəb körfəzi | |
---|---|
الخلیج العربی Ərəb körfəzi | |
Ümumi məlumatlar | |
Sahəsi | 251 000 km² |
Dərin yeri | 90 m |
Orta dərinliyi | 50 m |
Duzluluğu | 41 ‰ |
Yerləşməsi | |
26° şm. e. 52° ş. u. | |
Ölkələr | |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var[16].İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər[17]. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb[18][19]. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur.[20][21]
Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür.
Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır.[21]
Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.