1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu.
Cəld faktlar 1946-cı il İran böhranı, Tarix ...
Bağla
1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939–1940-cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı.[2]
1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı. Bu dönəmdə artıq onlar İran qüvvələri ilə döyüşürdülər və nəticədə 2000 nəfər itki verdilər. İranın baş naziri olmuş Əhməd Qəvam ilə aparılan danışıqlar və ABŞ-nin Sovet İttifaqına qarşı etdiyi təzyiqlər nəticəsində SSRİ geri çəkilməyə məcbur qaldı. Bu böhranın qığılcımları görünən Soyuq müharibənin ilk münaqişələrindən biri kimi qəbul edilir.