İnsanın tənəffüs sistemi
From Wikipedia, the free encyclopedia
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir.
Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur.
Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır. Xarici tənəffüslə yanaşı, toxuma və qan arasında gedən qazlar mübadiləsi daxili tənəffüs adlanır.