From Wikipedia, the free encyclopedia
İmre Madaç (mac. Madách Imre; 21 yanvar 1823[1][2][…] – 5 oktyabr 1864[3][4]) — macar aristokrat, yazıçı, şair, hüquqşünas və siyasətçi.[5] "İnsanın faciəsi" (Az ember tragédiája, 1861) poeması ən tanınmış əsəri hesab olunur. Təxminən 4000 misradan ibarət olan dramatik poemadır. Əsərdəki ideyalar Yohann Volfqanq Götenin Faust tragediyası ilə müqayisə olunur. İmre Madaç XIX əsrin ən tanınmış macar şairlərindən biri olan Yanoş Aranın yaradıclığından ilhamlanmışdır.
İmre Madaç | |
---|---|
mac. Madách Imre | |
Doğum tarixi | 21 yanvar 1823[1][2][…] |
Vəfat tarixi | 5 oktyabr 1864[3][4] (41 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, dramaturq, siyasətçi |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü | |
İmre Madaç Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
İmre Madaç 1823-cü ildə Macarıstan Krallığında Dolna Strehova şəhərində varlı zadəgan ailəsində anadan olmuşdur. 1829-cu ildən Madaç Vaç rayonunda yerləşən Piarist məktəbində oxumağa başladı.[6] 1831-ci ildə vəba epidemiyası yayıldığı bir vaxtda Madaç Buda şəhərində yaşamağa başladı. 1837-ci ildə Peşt Universitetində ali təhsil aldı. 1842-ci ildə hüquqşünas oldu. 1860-cı ildə "İnsanın faciəsi" əsərini tamamladı. Macarıstan Krallığının Dolna Strehova şəhərində vəfat etdi.
Dramatik poema olan "İnsanın faciəsi" əsəri İmre Madaçın yaradıcılığının ən əsas və sarsılmaz hissəsidir. 1848–49-cu illərdə uğursuz Macarıstan İnqilibanın faciəli hadisələri, o cümlədən, bacısının və onun həyat yoldaşı kapitan Baloq de Manko Bükün ölümü və müvəqqəti olaraq həbsxanada qalması tamamladığı əsərin daha da emosional olmasına səbəb oldu. Bu gün əsər Macarıstanda teatrların repertuarının əsas hissəsidir və orta məktəbdə ədəbiyyat kitablarına daxil edilmişdir. Əsərdəki bir çox misralar Macarıstanda geniş yayılmış məsəllərə çevrilmişdir. Kəndin zadəgan ailəsindən olan Madaç heç bir ədəbi biliyə sahib olmadığı üçün əsəri yaradıcılığından ilhamlandığı Yanoş Arana göndərdi. Aran mətnə bəzi düzəlişlər təklif etdi.
Əsərdəki əsas personajlar Adəm, Həvva və Lusiferdir. Bəşər tarixində fərqli dönüş nöqtələrini görmək üçün zamana səyahət edirlər və Lusifer Adəmə həyatın mənasız olduğuna və insanlığın ölümə məhkum olduğuna inandırmağa çalışır. Adəm və Lusifer hər pərdənin başlanğıcında iştirak edir; Adəm müxtəlif mühüm tarixi rolları canlandırır, Lusifer isə qulluqçu və ya dost kimi təqdim edilir. Həvva hər pərdənin sonunda səhnəyə daxil olur. "İnsanın faciəsi" faciəsi 15 pərdədən ibarətdir və 10-a yaxın tarixi dövrü əks etdirir.
1932 — ilin 1 iyulunda Macarıstanda onun şərəfinə poçt markası buraxıldı.[7] 23 iyun 2010-cu ildə "İnsanın faciəsi" peomasının 150 illiyi münasibətilə Macarıstanda əsərin təsviri verilən miniatür poçt markaları istehsal edildi.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.