İkinci simfoniya (Motsart)
From Wikipedia, the free encyclopedia
Simfoniya No. 5 B Majorda — KV 17 sıralaması ilə bilinən və zun müddət Volfqanq Amadey Motsart tərəfindən yazıldığı güman edilən simfoniya. Hazırda əsərin Volfqanqın atası Leopold Motsart tərəfindən yazıldığı düşünülür. Lüdviq fon Köxel tərəfindən hazırlanmış Motsart əsərləri kataloqunun altıncı nəşrində simfoniya "Anhang C 11.02" nömrəsi ilə qeyd edilmişdir. Sonradan Kliff Eysen tərəfindən nəşr edilmiş kataloqda əsər "Eisen B ♭ 6" kimi qeyd olunub.
Simfoniya No. 2 | |
---|---|
Bəstəkar | Volfqanq Amadey Motsart |
Tonallıq | B major |
Forma | simfoniya |
Opus | K Anh. C 11.02, K A 223a, K 17 |
Hissələr |
Allegro Andante Menuetto I & II Presto |
Ənənəvi dörd hissəli quruluşa malik olan əsər sürəti-yavaş-minuet-sürətli pattern hissələrə malikdir:
Motsart musiqilərinin ilk toplu nəşri olan Alte Mozart-Ausgabe antologiyasında verilmiş bir neçə qısa qeyd əsərin yarımçıq olduğunu göstərir. Məsələn "Menuetto I" hissəsində yalnız birinci skripka və violonçel/kontrabas partiyaları tamamlanmışdır; ikinci skripka və alt partiyaları isə tamamilə redaktorun əlavələridir.
Hazırda əsərin Motsarta aidliyi tamamilə inkar edilir və o, Neue Mozart-Ausgabe antologiyasına daxil edilməmişdir.