Köxel kataloqu
From Wikipedia, the free encyclopedia
Köxel kataloqu (alm. Köchel-Verzeichnis, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir.
Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir.