From Wikipedia, the free encyclopedia
ÜRƏK... ÜRƏK... | |
---|---|
Janr |
Dram Məhəbbət |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Həsənağa Turabov-Murad Lyubov Virolaynen-Lena Yevgeni Kindinov-Ramiz Valentina Aslanova-Solmaz Hamlet Qurbanov-Məmmədov |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Mais Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 12 sentyabr, 1976 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89,5 dəq. |
Ölkə | Azərbaycan SSR SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1976 |
Texniki məlumatlar |
9 hissə 2451 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1726102 |
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır
Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.