From Wikipedia, the free encyclopedia
Ümumdünya Ətraf Mühit günü — 5 iyun "Ümumdünya Ətraf Mühit Günü"nün(və ya "Coğrafiyaçılar günü") qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.
Ümumdünya ətraf mühit günü | |
---|---|
| |
Ölkə | İngiltərə |
Qeyd olunmağa başlayıb | 15 dekabr 1972[1] |
Həsr olunub | Ətraf mühit[2] |
Tarix | 5 iyun |
un.org/es/observances/en… | |
Vikianbarda əlaqəli mediafayllar |
Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat — BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.
Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir. XIX əsrin sonlarından başlayan elmi texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972”“ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu il də 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənəcək.[3]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə ötən il Qızılağac Milli Parkı yaradılıb. Nazirlik ictimai-iaşə obyektlərində reydlər keçirir, ətraf mühitə zərər verəcək hər hansı bir fəaliyyətin qarşısını alır.[4]
Avropa Şurası dayanıqlı inkişafı öz gündəliyinin ilk pilləsində yerləşdiribdir. Təşkilatın siyasətinə görə, iqtisadi inkişaf bəşəriyyətin əsas nemətlərini pozmamalıdır: Məsələn, ətraf mühit və landşaftların keyfiyyəti, insan hüquqları və sosial ədalət, mədəni müxtəliflik və demokratiya kimi aktivlər. Avropa Şurası iqlim dəyişikliyini dünyanın üzləşdiyi ən ciddi ekoloji problem hesab edir, onun insan hüquqlarına təsirlərini tanıyır və bununla bağlı iki istiqamətdə aktiv fəaliyyət göstərir: təbii ehtiyatlar və biomüxtəlifliyin qorunması, eyni zamanda dünyanın mə dəniyyətlərinin müxtəlifliyinin və vacibliyinin qorunması. Beləliklə, dayanıqlı inkişafın mədəni dirəyi dayanıqlılıq mədəniyyətini inkişaf etdirmək və mədəni müxtəlifliyi qorumaq üçün paralel cəhdləri labüd edir.
1804-cü ildə dünyada insanların sayı 1 milyard, 1927-ci ildə 2 milyard, 1959-cu ildə üç milyard, 1974-cü ildə dörd milyard, 1987-ci ildə beş milyard, 1998-ci ildə altı milyard və 2011-ci ildə yeddi milyard olmuşdur. Sürətli artım müsbət dəyişikliklərin bir yerə gəlməsi səbəbindən olmuşdur. Məsələn, inkişaf etmiş sanitariya, qidalanma və sağlamlıq xidmətləri insanların daha uzun ömürlü olmasına və daha çox uşağa sahib ola bilməl ərinə şərait yaratmışdır. Ancaq biz son dərəcə məhdud bir dünyada yaşayırıq və insanların artımı onları sığınacaq, qida və su ehtiyatları ilə təmin etməklə əlaqədar ətraf mühitə həddindən artıq təzyiq göstərir.
Ətraf mühitə təzyiql əri nəzərə alarkən, təkcə rəqəmlər deyil, həmçinin həyat tərzi və istehlak nümunələri də bərabərliyə qoyulmalıdır. Zəngin xalqlar, Avropada əksəriyyət kimi, dünya əhalisinin cəmi 20%-ni təşkil edir, lakin onların yaşayış standartları yüksək olduğundan resursların 70%-dən artığından istifadə edirlər. Beləliklə, əhali həm də bərabərlik məsələsidir.
Avropa Şurası öz fəaliyyəti ilə bioloji müxtəlifliyin, ərazi planlaşdırılması və landşaftın idarə edilməsinin və mədəni və təbii ehtiyatların inteqrasiyasına əsaslanan dayanıqlı ərazi inkişafının xeyrinə Avropada kifayət qədər hüquqi mühitin formalaşdırılmasına kömək etmişdir. 1961-ci ildə başlanan Avropa Şurasının ətraf mühit proqramı Avropa Landşaft Konvensiyasını, Avropanın Canlı Təbiətinin və Təbii Mühitinin Qorunması haqqında Konvensiyanı və Mədəni İrsin Cəmiyyət üçün Dəyəri haqqında Çərçivə Konvensiyasını hazırlamışdır. Avropa Şurası həmçinin Qorunan Ərazilər üzrə Avropa Diplomunun da icraçısıdır. Bu Diplom 1965-ci ildə yaradılmışdır və ecazkar elmi, mədəni və estetik keyfiyyətlərə malik olan qorunan ərazilərə verilir. Bu ərazilər həmçinin dayanıqlı inkişaf proqramı ilə birləşdirilə bilən münasib mühafizə sxeminin subyekti olmalıdırlar.
İnsan Hüquqları üzrə Avropa Konvensiyasına Əlavə protokol vasitəsi ilə sağlam mühit hüququnun əlavə edilməsi üçün bir neçə səy göstərilməyinə baxmayaraq buna nail oluna bilinm əmişdir. Əks mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatı) maddəsinin böyük ekoloji pozuntulara tətbiq edilə bilməsi ilə əlaqədar idi.[5]
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Nazirlikdən verilən məlumata görə, uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, onların icrası istiqamətində tədbirlər görülüb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olub.
Digər tərəfdən, təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarıb. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.