film From Wikipedia, the free encyclopedia
Ümid | |
---|---|
Fayl:Ümid (1995).JPG | |
Janr | Dram |
Rejissor | Gülbəniz Əzimzadə |
Əsərin müəllifləri | Rövşən Almuradlı, Elman Şeydayev |
Ssenari müəllifi | Orxan Fikrətoğlu |
Baş rollarda |
Məmmədkamal Kazımov – Qoca Məmməd Səfa – Qardaşını axtaran Muxtar İbadov – Papaqlı kişi Şükufə Yusupova – Ana Ulduz Kazımova Əminə Yusifqızı – Baş həkim Fuad Poladov – Cəbhə hərbi həkimi |
Operatorlar | Rafiq Quliyev, Mixail Xarçenko |
Bəstəkar | Aydın Əzim Kərimoğlu |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1995 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 74 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1995 |
Texniki məlumatlar |
8 hissə 2051 metr 35 mm |
Rəng | Rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1189096 |
Azərbaycan torpağında, Qarabağda müharibə gedir. Bu müharibədə öz Vətənini erməni işğalçılarından müdafiə etməyə getmiş xalqımızın ən yaxşı oğulları şikəst olur, həlak olur, itkin düşürlər...
Adı bəlli olmayan adi bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir.
Film Rövşən Almuradlı və Elman Şeydayevin "Doğma" povestinin motivləri əsasında çəkilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.