![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d8/Novo-2010-08-27-040.jpg/640px-Novo-2010-08-27-040.jpg&w=640&q=50)
Çemes buxtası
Rusiyanın Qara dəniz sahilinin şimal hissəsində donmayan körfəz / From Wikipedia, the free encyclopedia
Çemes buxtası (və ya Novorossiysk buxtası) — Rusiyanın Qara dəniz sahilinin şimal hissəsində donmayan körfəz. Rusiyanın Qara dəniz hövzəsində Sevastopol körfəzindən sonra ikinci ən əhəmiyyətli körfəz.
Cəld faktlar Çemeş, Ümumi məlumatlar ...
Çemeş | |
---|---|
rus. Цемесская бухта | |
![]() | |
Ümumi məlumatlar | |
Tip | Buxta |
Sahil uzunluğu | 15 km |
Dərin yeri | 27 m |
Orta dərinliyi | 24 m |
Tökülən çay | Çemes |
Duzluluğu | 18 ‰ |
Yerləşməsi | |
44°41′ şm. e. 37°50′ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriyası | |
![]() |
Bağla
Buxta 1829-cu ildə, rus-türk müharibəsindən sonra Rusiya imperiyasının tərkibinə daxil oldu. O vaxtdan bəri bölgənin və ilk növbədə Novorossiysk şəhərinin hərbi, ticarət və sərnişin ehtiyacları üçün fəal şəkildə istifadə olunur.
Yaxşı havalarda (martdan noyabra qədər) bütün gəmilərinin lövbərlənməsi üçün əlverişlidir. Qışda buxtada güclü küləklər müşahidə olunur. Gücünə görə küləklər VI dərəcəyə daxildir[1].