![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/01/%25C2%25AB%25D0%25A7%25D0%25B0%25D0%25B9%25D0%25BB%25D1%258B%25C2%25BB.jpg/640px-%25C2%25AB%25D0%25A7%25D0%25B0%25D0%25B9%25D0%25BB%25D1%258B%25C2%25BB.jpg&w=640&q=50)
Çaylı xalçaları
From Wikipedia, the free encyclopedia
Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" adlandırırlar. Çaylı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Cəld faktlar Xalça haqqında məlumatlar, Tam adı ...
Xalça | |
Çaylı xalçaları | |
---|---|
![]() ![]() ![]() ![]() | |
![]() | |
Xalça haqqında məlumatlar | |
Tam adı | Çaylı xalçaları |
Digər adları | "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Kənd | Çaylı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Bağla