Çasov Yar
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çasov Yar (ukr. Часів Яр) — Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən[1] 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi.[2] Siverski Donets — Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir.
Çasov Yar | |
---|---|
Часів Яр | |
| |
48°34′ şm. e. 37°50′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Region | Donetsk vilayəti |
Rayon | Baxmut rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 230 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 12.500 nəfər (2023) |
Digər | |
chasovrada.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb.
1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.[3]
1989-cu ilin yanvar ayında əhalinin sayı 19.804 nəfərə çatıb, müharibənin başlamasına qədər iqtisadiyyatın əsasını odadavamlı gillərin çıxarılması və odadavamlı məhsulların istehsalı təşkil etmişdir. 2013-cü ilin yanvar ayına olan məlumata görə şəhərdə 14 min nəfərə yaxın əhali yaşayıb.[4]
2022-ci ilin fevral ayında Rusiya–Ukrayna müharibəsi başlanan vaxt şəhərin sabiq meri şəhərdən qaçıb. Şəhərin idarəetməsi Sergey Çausun rəhbərliyi altında Çasov Yar hərbi administrasiya adı ilə yenidən təşkil edilib.[5] Sergey Çaus seçkilər vasitəsilə rəhbər vəzifəyə təyinat almasa da, şəhər əhalisi tərəfindən qeyri-rəsmi bələdiyyə başçısı kimi qəbul edilməkdədir. Çaus şəhər əhalisini şəhəri tərk etməyə çağırıb, ancaq bəzi vətəndaşlar şəhəri tərk etməyiblər.[6]
2022-ci ilin 9 iyul tarixində şəhər Rusiya Quru Qoşunları tərəfindən raket zərbələrinə məruz qalıb və nəticədə şəhərin dəmiryolu vağzalı dağılıb.[7] Hücumlar nəticəsində bir sıra yaşayış binasına da ciddi ziyan dəyib.[8] Həmin gün yaşayış məntəqəsinə endirilmiş raket zərbəsi nəticəsində ən azı 48 nəfər həlak olub.[9][10][11]
2023-cü ilin 16 yanvar tarixində Soledarın, 20 yanvarda isə Klişçivika şəhərlərinin itirilməsindən sonra Çasov Yar Ukrayna qoşunları üçün nəfəslik rolunu oynamağa başlayıb. Belə ki, Ukrayna Silahlı Qüvvələri üçün yeganə təchizat marşutu Çasov Yar şəhəri üzərindən həyata keçirilməkdə idi.[12][13][14] Şəhər Baxmutun işğal edilməsindən sonra Ukrayna üçün əsas toplama və döyüşlərin idarə edilməsi məntəqəsi rolunu oynamağa başlayıb. Müharibədən əvvəl şəhərdə yaşayan 15 min nəfərə yaxın əhalinin sayı 2023-cü ilin mart ayına olan məlumata əsasən 1.500 nəfərə qədər azalıb.
Şəhər yenidən qruplaşma mövqeyi rolunu oynadı, burada ukraynalı qoşunlar Baxmuta daxil olub-çıxdı, onlara istirahət və tədarük üçün vaxt verdi. Müharibədən əvvəlki 15.000 əhalidən 2023-cü ilin martına qədər şəhərdə yalnız 1500-ə yaxın sakin qalmışdı.[15] Şəhərdə qalmağa qərar vermiş vətəndaşlar, əsasən yanmış binaların zirzəmilərində yaşamaq məcburiyyətində qalıblar.
Müharibədən sonra şəhərdəki mağazalar sürətlə bağlanmağa başlayıb və şəhər əhalisi əsasən kənardan göndərilmiş humanitar yardımların hesabına gündəlik dolanmasını təmin etmək məcburiyyətində qalıb.[16] Şəhərə göndərilmiş yardımların böyük hissəsi 2023-cü ilin 10 mart tarixində Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi tərəfindən göndərilmiş humanitar təyinatlı yardımlar təşkil etməkdədir.[17]
2023-cü ilin 14 mart tarixində ağ fosforlu mərmilər şəhərin cənub hissəsindən keçən yola atılıb. 25 mart tarixində şəhərin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.[18] 2023-cü ilin aprel ayına olan məlumata əsasən şəhərdə bir necə yüz mülki əhali qalmaqda idi.[19]
2023-cü ilin 7 may tarixində Rusiya Quru Qoşunları tərəfindən qəsəbədəki Ukrayna ordusunun mövqeləri istiqamətində edilmiş hücum uğursuzluqla nəticələnib.[20] 8, 9 və 10 may tarixlərində edilmiş oxşar hücumların qarşısı da Ukrayna ordusunun döyüşçüləri tərəfindən dəf edilmişdir.[21][22][23] 9 may 2023-cü ildə Agence France-Pressein əməkdaşı, fransız jurnalist Arman Soldin Rusiya Silahlı Qüvvələrinin Çasov Yara endirdiyi növbəti raket zərbələri nəticəsidə həlak olub. Arman Soldinin ölümü ilə 2022-ci ilin qışında başlamış müharibədə həlak olan jurnalistlərin sayı 15-ə çatıb.[24][25][26]
Rusiya Silahlı Qüvvələri Baxmut döyüşü nəticəsində Baxmutu tam işğal etdikdən sonra Çasov Yar istiqamətində cinahlardan hücumlara başlayıb.[27] Çasov Yarda yaramış vəziyyət qısa zamanda şəhərin Ukrayna qüvvələri üçün möhkəmləndirilmiş irəli artilleriya bazasına çevirmişdir. 2023-cü ilin avqust ayına olan məlumata əsasən şəhərdə qalmış əhali yay aylarında məhsul üçün bağlarda becərdikləri qidalarla dolanıblar və bu konteksdə humanitar yardımlara nisbətən az müraciət ediblər.[28][29]
Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko bildirib ki, şəhər iyulun 23-də Rusiyanın kasetli sursatların zərbəsinə məruz qalıb.[30] 10 sentyabr tarixində Donbasdakı mülki şəxslərə yardım göstərən İspaniya mərkəzli Road to Relief adlı QHT-nin 4 əməkdaşının içində olduğu avtomobil Rusiya qüvvələri tərəfindən atəşə tutulub. QHT əməkdaşlarının əraziyə səfər etməkdəki məqsədi mümkün ehtiyacları qiymətləndirmək və ayrılmış resusların düzgün istiqamətdəki xərclənməsini təmin etmək idi. Baş vermiş gözlənilməz hücum nəticəsində QHT-nin direktoru İspaniya vətəndaşı Emma İgual və Kanada vətəndaşı Entoni İqnat öldürülüb.[31][32]
2023-cü ilin 26 dekabr tarixində Rusiya Silahlı Qüvvələrinin Çasov Yar şəhəri istiqamətində genişmiqyaslı hücum əməliyyatları başlayıb.[33] Ukrayna Silahlı Qüvvələrinin yeni təyin olunmuş baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, Rusiya 2024-cü ilin 3 yanvar tarixindən etibarən Çasov Yar istiqamətində quru hücumlarını bərpa edib. Sırski bildirib ki, rus qoşunları şəhərin şimalında, Bohdanivka kəndi yaxınlığında böyük hücuma keçib.[34] Şəhərdə qalan 700-dən bir qədər çox əhali əsasən yaşlı sakinlərdən ibarətdir. Həmin sakinlərin sözlərinə görə Çasov Yar Rusiya qüvvələrinin əlinə keçəcəyi təqdirdə Ukrayna qüvvələri ilə birlikdə şəhərdən evakuasiya edilmək istədiklərini ifadə ediblər.[35]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.