Ukrayna hərbi komandiri From Wikipedia, the free encyclopedia
Aleksandr Stanislavovıç Sırski (ukr. Олександр Станіславович Сирський ;26 iyul 1965) — Ukrayna hərbi komandiri, 8 fevral 2024-cü ildən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı,[2] general-polkovnik (2020), Ukrayna Quru Qoşunları komandanı (2019-2024) Ukrayna Qəhrəmanı (2022).
Aleksandr Stanislavovıç Sırski | |
---|---|
ukr. Олександр Станіславович Сирський | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Барс |
Doğum tarixi | 26 iyul 1965 (59 yaş) |
Vətəndaşlığı | Ukrayna |
Milliyyəti | Rus əsili ukraynalı[1] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna Silahlı Qüvvələri |
Qoşun növü | quru qoşunları |
Hərbi hissə |
Ukrayna Quru Qoşunları komandanı (2019-2024) Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı |
Xidmət illəri | 1986- hazırkı dövr |
Rütbəsi | general-polkovnik |
Komandanlıq edib |
|
Vəzifəsi | komandan |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın Ukraynaya hücumu zamanı Sırski Kiyevin müdafiəsinə komandanlıq edirdi. 2022-ci ilin sentyabrında o, Xarkov əks-hücumuna komandanlıq etmişdir.[3] Daha sonra 2023-cü ilə qədər Baxmutun müdafiəsinə rəhbərlik edib.[4]
Aleksandr Sırski 26 iyul 1965-ci ildə[5] Vladimir vilayətinin Kirjaçi rayonunun Novinki kəndində hərbçi ailəsində anadan olub.[6][1] 1980-ci ildən Ukraynada yaşayır.[7]
Bila Tserkva yaxınlığında torpaq sahəsi (2016-cı ildən) və Kiyevdə xidməti mənzili (2018-ci ildən) var.[9]
Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Xidmətə 1986-cı ildə motoatıcı tağım komandiri kimi başlayıb. O, əvvəlcə 152 mm 2S5 Giatsint-S və 203 mm 2S7 Pion özüyeriyən artilleriya qurğusunda, o cümlədən nüvə mərmilərinin atəşə tutulması üçün nəzərdə tutulmuş bölmələrdə xidmət etmişdir. Daha sonra BM-27 Uraqan MBRL-də raket artilleriya bölmələrində xidmət edib. 1991-ci ildə Sovet İttifaqı dağılana qədər Əfqanıstan, Tacikistan və Çexiyada xidmət etmişdir.
1993-cü ildən Çuguevdə Ukrayna Milli Qvardiyasının 6-cı diviziyasının motoatıcı batalyonuna komandirlik edib. Sonra bu diviziyanın alay komandiri olub.[12] 1996-cı ildə Ukrayna Silahlı Qüvvələri Akademiyasını (əməliyyat-taktiki səviyyə), 2005-ci ildə Ukrayna Milli Müdafiə Akademiyasını (əməliyyat-strateji səviyyə) qızıl medalla bitirib.[1][13]
2000-ci illərin əvvəllərində Bila Tserkvada yerləşən 72-ci mexanikləşdirilmiş briqadanın komandiri təyin olunub. 20 avqust 2009-cu ildə general-mayor rütbəsi almışdır.[5]
2007-ci ildə o, Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Komandanlığı komandirinin birinci müavini və qərargah rəisi təyin edilib.[14]
2011-2012-ci illərdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Əməkdaşlıq və Sülhməramlı Əməliyyatlar Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsində çalışıb.[15]
2013-cü ildə o, Brüsseldə olub, təcrübə keçib və NATO nümayəndələri ilə Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi yollarını müzakirə edib.[7]
2014-cü ilin əvvəlində o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlıq Mərkəzinin rəhbərinin birinci müavini təyin edilib. Bu vəzifədə o, NATO ilə əməkdaşlıq məsələlərinə cavabdeh olub.[9]
Ukraynanın şərqində Donbass müharibəsinin başlaması ilə o, antiterror əməliyyatının qərargah rəisi təyin edilib. 2015-ci ilin əvvəlinə o, Donetsk və Luqansk vilayətlərində Antiterror Əməliyyatı rəhbərinin birinci müavini və qərargah rəisi olub. Debaltsev, Uqleqorsk, Logvinovo və Redkodub uğrunda döyüşlərdə iştirak edib. Döyüşlər zamanı o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko ilə birlikdə birbaşa Debaltsevoda olub. Debaltsevo əməliyyatı zamanı o, "S" sektorunun qərargahının komandiri olub və konvoyların döyüş sursatı ilə təhlükəsizliyini təmin edən “Bars” taktiki qrupuna rəhbərlik edib. Debaltsev itirildikdən sonra şəhərdən geri çəkilmək əməliyyatında iştirakçı olub.[9][16]
2016-cı ildən - Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi təyin olunub. 2017-ci ildə o, Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatının rəhbəri təyin edilib.[9]
2019-cu il mayın 6-da Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Sırski Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının komandiri təyin edilib. 2016-cı il dekabrın 5-də ona general-leytenant rütbəsi verilib. 2019-cu il prezident seçkilərində Vladimir Zelenskinin qələbəsindən sonra Oleksandr Sırski Ukrayna Quru Qoşunlarının komandanı təyin olunub.[9]
23 avqust 2020-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilib.[17]
Rusiya–Ukrayna müharibəsinin başlaması ilə o, Kiyevin müdafiəsinə komandanlıq etmişdir. Kiyevin uğurlu müdafiəsinə görə prezident Vladimir Zelenski tərəfindən Ukrayna Qəhrəmanı adına layiq görülüb.[18] 2022-ci ilin sentyabrında o, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu hücumuna komandanlıq edib.[14]
Vladimir Zelenski paytaxta hücum təhlükəsini azaltmağa çalışarkən, Sırski aktiv şəkildə müdafiəyə hazırlaşırdı. Kiyev ətrafında iki müdafiə halqası quruldu və taktiki qərarlar vermək səlahiyyəti olan müdafiə sektorlarının komandirləri təyin edildi. 2022-ci ilin martında Sırskinin qərarı ilə İrpen çayı üzərindəki bənd partladıldı. Bu isə irəliləyən rus ordusunun mövqelərinin su altında qalmasına səbəb oldu. Rusiya qüvvələrinin Kiyevə gedən marşrutu boyunca yerləşən ponton körpüsü də dağıdıldı. Ümumilikdə Aleksandr Sırskinin qərarları nəticəsində Rusiyanın Kiyevə hücumu uğursuzluqla nəticələndi.[7]
2022-ci ilin iyulunda Aleksandr Sırski Xarkov istiqamətində əməliyyata rəhbərlik edib. Əməliyyatın nəticəsi olaraq rus qoşunları şəhərdən artilleriya atəşi tutmayan məsafəyə qədər uzaqlaşdırıldı. Bu da Xarkov əhalisinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırdı. Sentyabrda Sırskinin komandanlığı altında olan qoşunlar Balakleya şəhərini azad etdilər.[7]
O, 2022-ci ilin payızından 2023-cü ilin yazına kimi Baxmutun müdafiəsinə rəhbərlik edib. Bəzi amerikalı hərbi analitiklər strateji nöqteyi-nəzərdən əhəmiyyətsiz olan bir məntəqəni müdafiə etmək üçün güc və pul sərf etməyi taktiki cəhətdən mənasız itki və vaxt sərfiyyatı adlandırırlar.[7] Digər tərəfdən, Rusiya ordusunun əhəmiyyətli qüvvələrinin əhəmiyyətsiz bir məqsəd üçün uzunmüddətli mövqe döyüşlərinə cəlb edilməsinin taktiki cəhətdən əsaslandırıldığına dair bir fikir var. Çünki Rusiyanın Baxmuta hücumu zamanı itkilərin nisbəti Ukraynanın lehinə olub.[19]
Vladimir Zelenski ilə Valeri Zalujnı arasında ziddiyyətlərin yaranmasından sonra bir çox ukraynalı və qərbli müşahidəçilər Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin ediləcəyini güman edirdilər. Onun namizədliyi Rusiya ilə hazırkı hərbi qarşıdurmada Ukraynanın iki mühüm qələbəsi, həmçinin tərcümeyi-halı və təcrübəsi ilə əlaqələndirirdilər.[20]
8 fevral 2024-cü ildə Ukrayna Prezidenti Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdi.[21] Bu təyinatı tənqid edənlər orduda yeni baş komandanın birmənalı olmayan reputasiyasına işarə edir və iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərinin dəyişdirilməsi döyüş meydanındakı vəziyyətə ciddi təsir göstərməyəcək. Bir çox ekspertlər təxmin edir ki, bu təyinat Ukrayna rəhbərliyi üçün ciddi siyasi risklərlə nəticələnə bilər.[20]
The Economist jurnalının 2022-ci il dekabrın ortalarında dərc olunan təhlil yazısında, general Oleksandr Sırskinin komandanlıq üslubunun "sovet və rus iyerarxik praktikalarından təəccüblü şəkildə fərqləndiyini" iddia edib. Yazıda deyilir ki, o, NATO-nun qəbul etdiyi qeyri-mərkəzləşdirilmiş komandanlıq prinsipini qəbul etdiyini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə, habelə Ukrayna Silahlı Qüvvələrində atəş gücünün çatışmazlığını kompensasiya etmək üçün aldatma və sürprizdən istifadə edilməsinə önəm verir.[23][7].
BBC Rus Xidmətinin jurnalistlərinin Sırskinin baş komandan təyin edilməsindən qısa müddət sonra dərc olunmuş materialında qeyd olunur ki, onların müsahibə götürdükləri bir sıra Silahlı Qüvvələrin zabitlərinə görə, Sırski “son dərəcə sərt komandir" kimi reputasiyaya malikdir. Belə ki, Sırski "bəzən ona həvalə edilmiş birliklərdən həqiqətən edə biləcəyindən daha çox tələb edir”.[20]
“The New York Times”, “The Washington Post”, “Politico” və digər KİV-lərin məlumatına görə, Sirskinin “General 200” və “Qəssab” kimi ləqəbləri var.[14][19][24][25]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.